"Bayraktar"lar Rusiya hərbçilərinin başağrısına çevrilib-FOTO
Rusiyanın Radioelektron Mübarizə (REM)vasitəsi olan "Krasuxa"lar Ukraynaya məxsus "Bayraktar" Pilotsuz Uçuş Aparatının (PUA) kəşfiyyat uçuşları həyata keçirməsinə mane olub.
Yenixeber.org: Belə bir iddia ilə Rusiya hərbi saytları çıxış edib.
Məqalə müəllifləri yazırlar ki, Rusiya ilə Ukrayna sərhədlərində gərginliyin artması fonunda Kiyev Türkiyədən aldığı "Bayraktar" lardan tez-tez istifadə etməyə başlayıb.
- Pilotsuz təyyarə Donbas üzərində uçuşlar həyata keçirib. Fevralın 14-də Ukrayna Silahlı Qüvvələri "Bayraktar" PUA-sını növbəti dəfə səmaya qaldıraraq Donetskin cənubuna göndərib. Pilotsuz təyyarənin marşrutu ilə görüntüləri sosial mediada da yayılıb.
"Flightradar"a düşən uçuş sxemindən belə aydın olur ki, PUA-nı idarə edən operatorun "Bayraktar"la əlaqəsi kəsilibmiş Hadisə PUA Mariupola yaxınlaşan zaman baş verib. Buna səbəb isə Rusiyaya məxsus Radioelektron Mübarizə kompleksinin onun işinə güclü müdaxilə etməsi olub. REM-lərin işə düşməsi, onun yaratdığı güclü hava maneələri nəticəsində PUA təcili siqnallar göndərib və rabitə tamamilə kəsilib. Eyni zamanda, hətta uçuş zamanı pilotsuz təyyarənin GPS qlobal mövqelənmə sisteminin işində ciddi pozuntular yaranıb.
PUA-nın fəaliyyətinə müdaxilə mənbəyini müəyyən etmək isə mümkün olmayıb. Lakin ehtimal edilir ki, bu, Rostov vilayətində və ya "Krasuxa" sistemlərinin yerləşdiyi Krasnodar diyarında Rusiyaya məxsus REM-lər ola bilər.
Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.
Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.