Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyadan "Bayraktar TB2" açıqlaması:"Qorxduğumuz başımıza gəldi...

Ukraynanın Türkiyədən aldığı "Bayraktar TB2" silahlı pilotsuz uçuş aparatlarının (PUA) ilk dəfə Donbasda rusiyapərəst separatçıları vurması Moskvada narahatlıqla qarşılanıb.

Yenixeber.org: Kreml sözçüsü Dmitri Peskov Donbasda Türkiyə istehsalı olan PUA-ların istifadəsi ilə bağlı açıqlama verib.

Rusiyanın narahatlığını dilə gətirən Peskov, PUA-ların münaqişə xəttində "sabitliyi poza" biləcəyinə dair qorxularının reallaşdığını bildirib.

Bu prosesin Ukrayna probleminin həllinə töhfə verməyəcəyini deyən Peskov, Türkiyə ilə münasibətləri ayrıca qiymətləndirməyin tərəfdarı olduğunu qeyd edib.

"Bizim Türkiyə ilə xüsusi və yaxşı münasibətlərimiz var", - deyə Peskov bildirib.

Məsələ ilə bağlı bir açıqlama da Rusiya Xarici İşlər naziri Sergey Lavrov tərəfindən edilib. "Bayraktar TB2"-nin Donbasda istifadə edildiyinə dair məlumatı təsdiqləməyə çalışdıqlarını bildirən Lavrov, NATO-ya mesaj göndərərək Ukraynadakı vəziyyəti hər kəsin düşünməsi lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ilk dəfə Türkiyənin “Bayraktar” hücum pilotsuz təyyarəsindən istifadə etməsi ilə bağlı xəbəri təsdiqləmişdi.

Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirilirdi ki, Donbasda ruspərəst separatçıların atəşini dayandırmaq üçün ilk dəfə "Bayraktar TB2"-lərdən istifadə edilib.

"Dünən 26 oktyabr 2021-ci il tarixində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-leytenant Valeri Zalujnının əmri ilə Birləşmiş Qüvvələr Əməliyyatı bölgəsində "Bayraktar" kəşfiyyat və zərbə pilotsuz uçuş aparatları kompleksindən istifadə edilib.

Saat 14:25-dən 15:15-dək Rusiyayönümlü terror qüvvələrinə məxsus D-30 haubitsalarından ibarət batareya Qranitne qəsəbəsi ərazisində Birləşmiş Qüvvələrin mövqelərini atəşə tutub. Atışma zamanı Ukrayna Silahlı Qüvvələrinin iki hərbçisi yaralanıb, onlardan biri həlak olub. Atəşlərin başlaması ilə ATƏT dərhal atəşkəsə çağırıb və diplomatik kanallar vasitəsilə nota göndərib. Lakin işğalçılar heç bir reaksiya verməyib.

Düşməni atəşi dayandırmağa məcbur etmək üçün Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə "Bayraktar"dan istifadə edilib. Pilotsuz uçuş aparatı təmas xəttini keçməyib və idarə olunan bomba ilə Rusiyayönümlü işğalçı qüvvələrin mövqeləri məhv edilib. Bundan sonra atəş dayanıb", - deyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda qeyd olunurdu

Ukraynalı jurnalistlər isə Donbasda "Bayraktar TB2" vasitəsi ilə bir top batareyasının məhv edildiyini bildirmişdilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam