Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Separatçılar növbəti təxribata hazırlaşır? - "Laçın dəhlizində bir neçə..."

           Politoloq: "Laçın dəhlizində bir neçə şübhəli maşını yoxlamaq lazımdır"

"Qarabağdakı erməni separatçıları Fransa prezidentliyinə namizədi Azərbaycan sərhədini pozaraq Xankəndiyə gətirməklə Bakı ilə Paris arasındakı münasibətləri daha da gərginləşdirdilər. Daha sonra Rusiya Dövlət Dumasının üzvü Xankəndiyə gəldi və Prezident İlham Əliyev həmin deputatın üzvü olduğu hakim partiyanın rəhbəri keçmiş Prezident və Baş nazir Dmitri Medvedevə etiraz məktubu yazmaq məcburiyyətində qaldı". 

  

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

Analitikin sözlərinə görə, erməni separatçılarının növbət təxribata hazırlaşdıqlarını proqnozlaşdırmaq olar: "Erməni separatçıları dünyadakı erməni lobbisi ilə birgə “çalışaraq” xarici ölkələrdən birinin bir başqa deputatını və ya tanınmış şəxsini Xankəndiyə gətirməyə çalışa bilərlər. Separatçılar bu təxribatlarıyla Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərində əlavə gərginlik mənbəyi yaradırlar. “Növbəti dəvət olunmayan qonağın” hansı ölkənin təmsilçisi üzərində düşünərkən ağlıma amerikalı konqresmen Frenk Pallone və Böyük Britaniyanın Lordlar Palatasının üzvü baronessa Kerolayn Koks gəlir. Nə qədər ki, bunlar sərhədimizi pozaraq Xankəndiyə gəlməyiblər və Bakı-Vaşinqton, o cümlədən Bakı-London münasibətlərini gərginləşdirməyiblər, Prezident İlham Əliyevin dediyi kimi, Laçın dəhlizində bir neçə şübhəli maşını yoxlamaq lazımdır ki, Azərbaycan ərazisinə dəvətsiz gəlməyi düşünənlər qanunsuz addımlarıyla ən azı geri qaytarıla biləcəklərini anlasınlar".(AYNA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam