Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Politoloq:"Laçın dəhlizini nəzarətə götürməsək, başımızı hələ çox ağrıdacaq"

Politoloq: Laçın dəhlizini nəzarətə götürməsək, başımızı hələ çox ağrıdacaq

“Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağa qanunsuz səfər edən Fransa prezidentliyinə namizəd Valeri Pekresi “arzuolunmaz şəxs” elan edə bilər. Ancaq bu, çıxış yolu deyil. Laçın dəhlizini nəzarətə götürməsək, başımızı hələ çox ağrıdacaq”.

Yenixeber.org: Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Brüsseldə demişdi ki, Zəngəzurda dəhliz olmayacaqsa, Laçında da olmayacaq. Həmçinin Azərbaycan sərhəd, gömrük xidmətinin sərhədin Laçın istiqamətində yerləşəcəyini bildirilmişdi. Ötən gün də xəbər yayılıb ki, Fransa prezidentliyinə namizəd Valeri Pekres Laçın dəhlizi üzərindən Qarabağa qanunsuz səfər edib. Rusiyalı hərbçilər Laçın dəhlizindən kimi gəldi buraxırlar, veclərinə də deyil. Laçın dəhlizini nəzarətə götürmək lazımdır ki, Valeri Pekres kimi şəxslər Azərbaycanın icazəsi olmadan ərazimizə daxil olub erməni separatçılarla görüşə bilməsinlər”, - ekspert vurğulayıb.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

E.Şahinoğlunun fikrincə, oxşar addımlar çirkin avantüranın tərkib hissəsidir: “Fransa prezidentliyinə namizədin ardınca amerikalı konqresmenlər, rusiyalı deputatlar və daha kimlər Azərbaycana qanunsuz daxil olacaqlar. Elə ermənilərin də məqsədi odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”nda olan isimlərin sayı artsın və bununla müxtəlif dövlətlər münasibətlərdə gərginliklər yaşayaq. Birdən həmin o Pekres Fransa prezidenti seçildi, rəsmi Bakı onun legitimliyini tanımayacaqmı və Fransa ilə münasibətlərə son qoyacaqmı? Elə ermənilər də bunu arzulayır. Odur ki bizim bir nömrəli vəzifəmiz Laçın dəhlizini nəzarətə almaq olmalıdır və bu kommunikasiya xətlərinin açılmasından əvvəl baş verməlidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam