Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Cənubi Qafqazda yeni dövr başlayır:İlk addım Moskvada atılır

Cənubi Qafqazda yeni dövr başlayır: İlk addım Moskvada atılır

Təşəbbüskarları Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olan Cənubi Qafqazda “sülhün və sabitliyin təmin edilməsi” məsələlərinə həsr olunmuş “3+3” formatında əməkdaşlıq platformasının bu gün Moskvada ilk iclası keçiriləcək. “Altılıq platforması”na Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan daxildir.

Yenixeber.org: Xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək iclasda Gürcüstan iştirak etməyəcəyini bildirib. “Abxaziya və Cənubi Osetiya bölgələrində işğala son qoyulması, regional məsələlərin müzakirəsi üçün lazımi addımlar atılmadıqca, Rusiya tərəfi ilə bir masa arxasına oturmayacağına” dair açıqlama verən Gürcüstan görüşdə iştirak etməyəcəyini bu şəkildə bəyan edib. Diplomatik mənbələr Gürcüstanın Qafqazın sabitliyi platformasında olmasının vacibliyini vurğulayıblar. “3+3 formatı” Tbilisi ilə Moskva arasında bir çox çətin problemlərin, o cümlədən Abxaziya və Sxinvali regionunun reinteqrasiyası məsələlərinin müzakirəsi və həlli üçün effektiv platformaya çevrilə bilər.

Cənubi Qafqazda yeni dövr başlayacaq

Ekspertlər bildirirlər ki, regionda problemləri diplomatiya yolu ilə həll etmək üçün yaradılan “Altılıq platforması” Qafqazda yeni dövrün əsasını qoyacaq. Beynəlxalq əlaqələr üzrə ekspert, professor Toğrul İsmayıl bildirib ki, “Altılıq platforması” çox vacib və funksional platforma olacaq: “Platforma digər qüvvələrin və qeyri-regional aktorların bölgəyə daxil olmasına, meydan oxumasına və diktə etməsinə mane olacaq. Ona görə də ABŞ bu platformadan çox da razı deyil. İlk addım Moskvada atılır, əgər bu, uğurla reallaşarsa, Qafqaz regionunda sabitliyin təmin olunmasında çox mühüm rol oynaya bilər. Təbii ki, əgər bütün tərəflər həqiqətən də sülh və sabitliyi istəsələr. Çünki bu, gələcəyə hesablanmış bir layihədir və ciddi perspektivə malikdir”.

İran reallığı anlamağa başlayıb

Türkiyə və Azərbaycanın bölgədə sülh, sabitlik və əməkdaşlığı ən çox istəyən iki ölkə olduğunu vurğulayan T.İsmayıl qeyd edib ki, bu iki dövlət sözügedən platformanın yaradılmasında mühüm təşəbbüslə çıxış edib: “Üstəlik, bu, regionda geosiyasi konyukturanın getdikcə Türkiyə və Azərbaycanın xeyrinə dəyişdiyinin göstəricisidir. İran ilk vaxtlar belə bir platformanı isti qarşılamamışdı və bəyənmirdi. Amma indi İran da reallığı anlamağa başlayıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam