Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“BİZ KEÇMİŞ TARİXİ DÖVLƏTİMİZƏ SAHİBLƏNMƏLİYİK!” – “Ölkəmizi Qacarlar dövlətinin varisi hesab edirəm” (VİDEO)

“Biz o qədər güclənməliyik ki, keçmiş tarixi dövlətimizə sahiblənə bilək. Mən ölkəmizi indiki İran adlanan ərazidə mövcud olmuş Qacarlar dövlətinin varisi hesab edirəm”.

Yenixeber.org: Bunu Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Kanal 13” internet televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran müstəqil, dünyəvi, demokratik, uğurlu bir Azərbaycan dövlətinin formalaşmasını istəmir. “Çünki bu onun maraqlarına uyğun deyil, onu özünün milli təhlükəsizliyinə təhdid kimi görür. Azərbaycan 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazandıqdan sonra İranın bizdən gördüyü bu potensial təhdid aktuallaşdı. Mən 2017-ci ildə nəşr etdirdiyim “Dövlət siyasətinin əsasları” kitabımda İranı aktuallaşmağa meyilli potensial təhdid kimi dəyərləndirmişdim. Budur, vaxt gəldi, bu təhdid qısa müddətdə aktuallaşdı. Bunun tarixi səbəbləri var. Çünki Azərbaycanın dövlətçilik tarixinə baxdıqda, biz Şimalı Azərbaycanın işğal olunduğu dövrə çıxırıq. Daha da dərinə getdikdə bu coğrafiyada min il ərzində hökmranlıq etmiş Türk sülalələrinin dövlətçilik tarixi ilə rastlaşırıq: Böyük Səlcuqlar İmperiyası, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, nəhayət, Qacarlar dövləti. Məlumdur ki, 1923-25-ci illərdə Rusiya və Britaniyanın birgə səyləri nəticəsində Türk sülalələri hakimiyyətdən devrildi və Pəhləvilər hakimiyyətə gətirildi. Yəni tarixin bu arxa planını bilmədən biz hadisələri aça bilməyəcəyik”, - partiya sədri vurğulayıb.

Sülhəddin Əkbərin müsahibəsinin videoyazısını təqdim edirik:

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam