Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Fars deputatdan təhdid dolu sayaqlama-"İran, Azərbaycandan torpaqlarını mütləq geri almalıdır" 

İran parlamentinin deputatı, Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin üzvü Mahmud Əhmədi Bilaş Azərbaycan və Türkiyəni hədəf alaraq, təhdid edib.

Yenixeber.org: Yenişafak-ın yazdığına görə, parlamentin iclasında ölkəsinin xarici siyasətindən söz açarkən millət vəkili Bilaş deyib ki, İran hökuməti Qarabağ müharibəsində diplomatik tərbiyəni bir kənara buraxıb, Ermənistanın yanında olmalıydı.

O, əlavə edib ki, Qarabağ müharibəsi keçmişdə qalsa da, görüləsi işlər də az deyil. İran ilk növbədə, gələcəkdə mütləq Azərbaycandan topraqlarını geri almalıdır. 

İranın Şazand şəhərindən seçilmiş deputatın fikrincə, Ermənistanı dəstəkləmək İranın xarici siyasətində əsas vəzifə olmalıdır. 

“Qarabağ müharibəsi zamanı Ermənistanı açıq dəstəkləməməyimiz böyük səhv oldu. Bu günki Azərbaycan Respublikası ilə Güney Qafqazın bəzi qismləri orjinal tarixi sənədlərə görə İranın bir parçasıdır. Ona görə də, gələcəkdə bu torpaqlar İrana qaytarılmalıdır. İran, Amerikanın və Avropanın Türkiyəyə qarşı sanksiyalarını birmənalı şəkildə dəstəkləməlidir”, - deyib türk düşməni Bilaş.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam