Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Milli Şuranın daha iki üzvü istefa verdi

 

 

EL hərəkatının idarə heyətinin üzvü olan Köçəri Nağıbəyli və Rahim Bağırov birliyi tərk etdilər 

 

   "xeberinfo.com": Milli Şuranın daha iki qurucu üzvü bu birliyi tərk edib. Məlumata görə, EL Hərəkatının İdarə Heyətinin iki üzvü  -Köçəri Nağıbəyli (həm də EL sədrinin müavinidir) və Rahim Bağırov(EL-in təşkilat şöbəsinin müdiridir ) bu qurumdan istefa verdiklərini bildiriblər. K. Nağıbəyli musavat.com-un müxbirinə deyib ki, bunun səbəbləri var: “Mən bugünkü sessiyanın gedişindən razı qalmadım və oranı yarımçıq tərk etdim. Düşündüm ki, bundan sonra zamanımı EL hərəkatının təşkilatlanmasına həsr etsəm, daha faydalı iş görmüş olaram. Rahim bəy də EL hərəkatının təşkilat şöbəsinin müdiridir. O da hesab edir ki, EL-in problemləri və təşkilatlanması işinə daha çox diqqət ayırmalıdır”.

    Beləliklə, özünü toparlama və Müsavat Partiyasına qarşı bir növ revanş göstərmə sessiyası olan 16 yanvar toplantısı da Milli Şuranı istefalardan qoruya bilmədi. Hətta Rüstəm İbrahimbəyovun Milli Şuranın yenidən başında qalması da bu qurumdan qopmaların qarşısını ala bilmir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam