Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

İsrailin Azərbaycandakı səfiri niyə elə dedi -açıq təxribat, yoxsa, səbatsızlıq?

İsrailin Azərbaycandakı səfiri öz səlahiyyət və mandatını aşan hərəkətə yol verib. Üstəlik, Azərbaycana olduqca zərər gətirən davranış sərgiləyib.
Nə edib, İsrail səfiri?

Yenixeber.org: Buyurun, onun etdiyi hərəkətin xəbər variantına baxaq.

‘’2019-cu ildə İsrailin Yardım və İnkişaf Agentliyi ilə ABŞ-ın USAİD təşkilatı arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən beynəlxalq səviyyədə əməkdaşlığa dair razılığa gəlinib.

APA-nın xəbərinə görə, bu barədə Qubada səfərdə olan İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
Diplomatın sözlərinə görə, İsrail və ABŞ Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsində - müsəlman dünyasında ən böyük yəhudi icmasının yaşadığı regionda da əməkdaşlıq edəcək.
Səfir qeyd edib ki, USAİD-lə birgə Qırmızı qəsəbədə yerləşən bir bina təmir ediləcək və ora Yəhudi Mədəniyyəti və İrsi Mərkəzinə çevriləcək: “Bu mərkəzi ziyarət edən hər kəs həqiqi yəhudi həyatı ilə tanış ola biləcək. Bu, bu ölkədəki yəhudilər və müsəlmanlar arasında tolerantlığı göstərmək üçün vacibdir”.

Belə baxanda, sanki adi bir hərəkətdir, heç bir qəbahət yoxdur, sıradan bir açıqlamadır.
Lakin belə deyil!

Səfir Corc Dik yaxşı bilir ki, məhz indiki anda bu cür davranış və açıqlama qonşu İranda emosiyaları daha da qızışdıracaq, gərginliyi körükləyəcək və nəticədə, həssas olan İran-Azərbaycan münasibətləri zərər görəcək.
Yəni cənab səfir İran -Azərbaycan münasibətlərindəki gərginliyi və qonşumuzun qırmızı xətt elan etdiyi mövzulara həssasiyyətini bilə -bilə, ola bilsin ki, düzünə qəsdlə ortalığı daha da qarışdıra biləcək açıqlama verib.
Bu, onun mandat və səlahiyyətlərini aşan, Azərbaycana da zərər verən bir davranışdır.
İsrail səfiri yaxşı olar ki, öz mandatı çərçivəsində hərəkət etsin və ölkəsi ilə Azərbaycanın onsuz da yaxşı olan münasibətlərinə daha hansı töhfələri verə bilər, onu düşünsün.
İran dövlətini və ictimaiyyətini, o cümlədən də Azərbaycanın inanclı kəsimini daha necə qızışdırıb, münasibətləri daha nə qədər gərginləşdirib, Azərbaycanı haqlı ikən haqsız duruma necə düşürə bilər, haqda proqram qurmasın. İsrail səfiri Azərbaycan torpaqlarında hansısa üçüncü dövlətlə, ələlxüsus Amerika ilə əməkdaşlıq haqqında plan qura, üstəlik, onu da belə səbatsız şəkildə elan edə bilməz! Bura Azərbaycandır və kimin kiminlə əməkdaşlıq etməsinə Azərbaycan dövləti qərar verir.
Səfir bu hərəkəti ilə sanki Ayətullah Həsən Amuli kimi düşünən və danışanların arqumentlərini gücləndirmək üçün xüsusi provokasiya düşünüb, həyata keçirdib.

Biz Azərbaycan dövləti olaraq, İranla müəyyən fraqmentlər istisna olmaqla, tarixi və mehriban qonşuluq, qarşılıqlı yardımlaşma münasibətləri içindəyik və bu prosesi heç bir kənar güc əngəlləyə bilməyəcək. Azərbaycan heç bir zaman öz ərazisindən qonşularına və dostlarına qarşı istifadə olunmağa imkan verməyib və bundan sonra da verməyəcək.

Bu cür ucuz provokasiyaları isə cənab səfir başqa yerlərdə həyata keçirtsin. Azərbaycana, onun dövlət və cəmiyyətinə zərər verən bu cür hərəkətləri pisləyir və ictimaiyyəti də bu hərəkətə münasibət bildirməyə səsləyirik.

qabil-huseynli.jpg (23 KB)

Məsələ ilə bağlı professor, politoloq Qabil Hüseynli də bildirib ki, İsrail səfiri öz hərəkətini korrektə etməlidir:

“İran-Azərbaycan münasibətlərinin bu cür gərgin zamanında İsrail səfirinin öz statusuna sığmayan hərəkətlərə yol verməsi, bizim vətəndaşlarımızın arasına getməsi, orada bu cür bəyanatlar verməsi əndazəyə sığan hərəkət deyil. Hər halda ölkə daxilində xarici ölkə səfirlərinin normal hərəkəti üçün hər cür şərait yaradırıq. Ancaq bu, o demək deyil ki, istənilən zamanda onlar istədikləri yerə gedib, orada dövlətin xarici siyasət xətti ilə üst-üstə düşməyən fikir səsləndirə bilərlər. İsrail səfirinin Qırmızı qəsəbədə səsləndirdiyi fikirlər də indiki zamanda Azərbaycan dövlətçiliyinin maraqlarına uyğun olmayan fikirlərdir. Səfir kimi o, dəqiq hədlərini bilməli idi.

Qızışdırıcı mövqe sayıla biləcək və İranı da qızışdıra biləcək bu cür fikirləri işlətməli deyildi. Azərbaycan vətəndaşı, politoloq kimi İsrail səfinin bu düşünülməmiş, bəlkə də düşünülmüş olan bu addımlarını yersiz hesab edirəm. İsrail səfiri belə həssas dönəmdə yüz ölçüb, bir biçməli idi. Etdiyi hərəkətlərdə həm təmsil etdiyi ölkənin, həm də yerləşdiyi ölkənin maraqlarını nəzərə almalıdır. Çox təəssüf doğurucu və düşündürücü bir hərəkətdir. İsrail səfirliyi öz hərəkətlərinə korrektə verərək bu məsələ ilə bağlı Azərbaycan ictimaiyyətinə məlumat verməlidir”.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam