Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Vasitəçilər”in kapitulyantla təhlükəli oyunu -Bakı öz xəbərdarlığını edib!

Üç paytaxtın iki qardaşa qarşı məkrli gedişi; Ermənistanı məğlub yarlığından xilas eləmək istəyən “həmsədr” ölkələr Azərbaycandakı və bölgədəki maraqlarını unutmalı olacaq...

Yenixeber.org: Ermənistan Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi imzalamaqdan yayınmaqla, vaxtı uzatmaqla bölgədə daha bir müharibəni qaçılmaza çevirməkdədir. Hansı müharibə ki, siyasi və hərbi analitiklərə görə, bu dəfə onun özünün simvolik dövlət kimi varlığına da son qoya bilər.

Rəsmi İrəvan sülhü öz qonşuluğunda - qonşularla dinc-yanaşı, qarşılıqlı əməkdaşlıq içində yaşamaqda görmək əvəzinə, hələ də onu sadəlövhcəsinə uzaqlarda axtarır. ABŞ-ın, Fransanın, Rusiyanın hansısa mifik dəstəyinə ümid edir. 44 günlük müharibənin Ermənistan üçün fəlakətli nəticələrini görməzlikdən gələrək və sanki heç nə olmayıbmış kimi özünü aparır. Yeni və sərt reallığı, 10 noyabr kapitulyasiya aktını iqnor edir, təhlükəli “sülh oyunu” oynayır, sülhpərvər “çuxası” geyib altdan-altdan hətta müharibə hazırlığı görür, darmadağın edilmiş ordusunu təzədən yığmağa cəhdlər göstərir.

Bakının de-fakto imtina elədiyi, lakin de-yure hələ ki öz mövcudluğunu saxlayan ATƏT-in üzdəniraq Minsk Qrupunu (MQ) israrla diriltmək və gündəmə qaytarmaq səyləri bu qəbildəndir. Əfsus ki, sırf öz maraqlarını güdən, daha dəqiqi, “münaqişənin bitmədiyi” görüntüsünü yaratmaqla Azərbaycana köhnə təzyiq rıçaqını bərpa eləməyə çalışan ABŞ, Fransa və Rusiya bu yöndə İrəvana boş ümidlər verməkdədir.

Nikol Paşinyan, AGİT Minsk Grubu Eşbaşkanı Stephane Visconti'yi kabul etti  | ARMENPRESS Ermeni Haber Ajansı

Bu dəfə “estafeti” MQ-nin fransalı həmsədri Stefan Viskonti götürüb. Xəbər verildiyi kimi, bugünlərdə o, İrəvanda olub, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzəyanla görüşüb. Yenə Qarabağla bağlı mənasız, qulaları yağır eləmiş açıqlamalar verilib. Mifik “3 prinsip” yada salınıb. Ermənilərdən savayı heç kimə lazım olmayan “vasitəçilik”dən dəm vurulub.

*****

Xatırladaq ki, bundan az öncə Rusiya Azərbaycanı qıcıqlandıraraq, diplomat İqor Xovayevi MQ-də yeni həmsədr təyin eləmiş və dərhal da Bakıya yollamışdı. Azərbaycan paytaxtında isə Xovayevi diplomatik etika naminə yalnız xarici işlər naziri Ceyhun Bayramov qəbul eləmiş, ona çox incə və mədəni şəkildə Qarabağ münaqişəsinin bitdiyi bir daha “başa salınmışdı”.

Məlum səbəbdən rusiyalı yeni həmsədr Prezident İlham Əliyev tərəfindən qəbul olunmamışdı. Hər halda, 28 ildə MQ-nin hansı oyunlardan çıxdığını Azərbaycan xalqı unutmayıb, heç vaxt da unutmayacaq. Eyni zamanda Bakıda Xovayevi ən yüksək səviyyədə qəbuldan imtina şübhə yox ki, Rusiya “sülhməramlıları”nın Qarabağda özünü yaxşı aparmamasına görə Moskvaya edilən orijinal etiraz idi.

Paşinyan Əliyevdən cəsarət öyrənsin" - Erməni ekspert

İrəvanda isə gözlənildiyi kimi, Paşinyan fransalı həmsədr kimi İqor Xovayevi də qəbul elədi. Ona görə ki, üzdəniraq vasitəçilərə ehtiyacı olan məhz erməni tərəfidir. Bu azmış kimi və sanki Bakıda Prezidentlə görüşə bilməməyinin bizdən acığını çıxırmış kimi, rusiyalı həmsədr təxribatçı addım atdı: separatçı quldurbaşı, Azərbaycanın çoxdan beynəlxalq axtarışa verdiyi Araik Arutyunyanla bir araya gəldi.

Maraqlıdır ki, fransalı həmsədr İrəvandan Bakıya gələsi olmadı. Yəqin ona görə ki, Bakıda hansı münasibətlə üzləşəcəyini bilir. Böyük ehtimalla, Xovayev kimi o da Azərbaycan Prezidentinin qəbuluna düşə bilməyəcəkdi. Eləcə də MQ-nin hələ ki bölgəyə gəlmək istəməyən amerikalı həmsədri. Onları uzaqbaşı Azərbaycan XİN-in rəhbəri soyuq şəkildə qəbul edib niyyətlərinə uyğun da yola salacaqdı...

***** 

Beləcə, İrəvan və MQ həmsədrləri bir-biri ilə əlbir olub qalib ölkəyə - Azərbaycana qarşı çirkin oyun oynamağa davam edir, tarixi zəfərimizə kölgə salmağa çalışırlar. Əsas hədəfi vurğuladıq: Ermənistan bu yolla kapitulyant yarlığından qurtulmaq və status məsələsini gündəmə qaytarmaqla Azərbaycana ərazi iddiasına yeni legitimlik qazandırmağa ümidlidirsə, “vasitəçilər” də “erməni kartı” hesabına bölgədə öz anti-Türk maraqlarını təmin eləmək, bundan ötrü Bakıya köhnə təzyiq vasitəsini bərpa eləmək niyyətindədirlər.

Paşinyan yenə Putinlə görüşə gedir - 3 tərəfli sənədlə bağlı GƏLİŞMƏ

Amma bu zaman unudulur ki, İrəvan üçün də, həmsədr dövlətlər üçün də “qatar” artıq gedib. Bunu anlamaqdan ötrü dərin siyasi savada malik olmağa lüzum yox. Azərbaycan 44 günlük Vətən savaşı ilə bölgədə yeni qüvvələr nisbəti, yeni geosiyasi reallıq, təzə status-kvo formalaşdırıb. O sırada qardaş Türkiyə hərbi-siyasi faktor olaraq regiondadır - özü də həmişəlik. İndi kimsə bu reallıqları israrla görmək istəmirsə, bu, onun problemidir. Azərbaycanın isə yenə də öz qızıl vaxtını MQ timsalında mənasız quruma xərcləmək kimi lüksü daha yoxdur!..

Əgər kapitulyant Ermənistan həqiqətən Qarabağdakı ermənilərin taleyindən narahatdırsa, o zaman Minsk Qrupuna yox, Azərbaycana müraciət etməli, Bakının uzatdığı sülh əlini sıxmalı, ölkəmizin ərazi bütövlüyünü tanımalı, yəni Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul eləməklə, Bakı ilə münasibətlərini beynəlxalq hüquq əsasında qurmalıdır, nəinki siyasi hoqqalara davam eləməlidir.

Öz növbəsində həmsədr ölkələr “erməni kartı” vasitəsilə Azərbaycanla bu cür məkrli oyunların keçməyəcəyini, nəhayət, anlamalıdırlar. Bilməlidirlər ki, Qarabağda erməni separatizmini dəstəkləməklə, “balans xətrinə” məğlub Ermənistanı silahlandırmaqla böyük sülhü yox, yeni müharibəni labüd edirlər. Hansı müharibə ki, onların təkcə Azərbaycandakı yox, bölgədəki olan-qalan maraqlarının da üstündən xətt çəkə bilər..


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam