Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"RUSİYA AZƏRBAYCANIN BU TƏKLİFLƏRİNİ QƏBUL ELƏMİR..." -Sülhməramlıların mandatına dair danışıqların bəzi detalları açıqlandı

"Rusiya və Azərbaycan arasında sülhməramlıların mandatına dair danışıqlar davam edir, tərəflər ortaq nöqtələr tapmağa çalışırlar". 

Yenixeber.org: Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev "Azadlıq" radiosuna müsahibəsində deyib.

Xatırladaq ki, iki gün əvvəl Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev bu barədə müzakirələrin getdiyini açıqlamışdı.

Fərid Şəfiyev isə bəzi detallara vararaq qeyd edib ki, sülhməramlıların mandatı ilə bağlı sənəddə əksini tapan məsələlər müxtəlifir.

"Bu, olduqca böyük bir sənəddir, bir çox məsələlərdə razılıq əldə olunub. Bəzi prinsipial məsələlər qalır",-deyə o vurğulayıb.

Mərkəzin rəhbəri qeyd edir ki, Azərbaycanın mövqeyi tamamilə beynəlxalq hüquqa, eyni zamanda 10 noyabr bəyanatından irəli gələn öhdəliklərə əsaslanır: "Burada söhbət Laçın dəhlizi və beynəlxalq təşkilatların Azərbayacanın suveren ərazilərində fəaliyyətindən və bir sıra başqa məsələlərdən gedir. Məndə olan məlumata əsasən deyə bilərəm ki, Rusiya bu təklifləri qəbul eləmir. Ermənistandan belə şərhlər verilir ki, guya Azərbaycan bir sıra əngəllər törədrir, bu, tamamilə yalandır. Burada hər iki ölkə müəyyən bir ortaq mövqeyə gəlməyə çalışır. Təəssüflər olsun ki, hələ bir nəticəyə müvəffəq olmamışıq".

F. Şəfiyev detalları konkretləşdirmədən deyib ki, bu məsələlər danışıqlar mərhələsində olduğuna görə onların açıqlanması doğru deyil.

Xatırladaq ki, bu barədə ilk dəfə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minatsyan məlumat açıqlayıb. O, yanvarın 8-də bildirmişdi ki, Ermənisan Rusiya ilə Qarabağdakı sülhməramlıların mandatına dair sənədi imzalayıb, amma Azərbaycan bundan imtina edib.

Keçmiş dipolmat rəsmi Bakının Moskva qarşısında 3 şərt qoyduğunu açıqlayıb:

"Qarabağda heç bir erməni silahlı dəstələri olmamalıdır;

Ermənistan rəsmilərinin Qarabağa səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır;

Qarabağın özünüidarəetmə orqanları Bakı və sülhməramlıların razılığı ilə təyin olunmalıdır."

Ermənistanın Baş naziri Nikol Paşinyan isə iyulun 29-da Azərbaycanın sülhməramlıların mandatına dair sənədi imzalamaqdan imtina etdiyini bildirmişdi.

Beləliklə, Fərid Şəfiyevin açıqladığı informasiyalar Rusiya və Azərbaycan arasında müşahidə olunan gərginliyin arxasında duran səbəblərə bir daha aydınlıq gətirir.

Azərbaycan Qarabağda suverenliyini bərqərar etmək üçün beynəlxalq hüququn, eyni zamanda 10 noyabr bəyanatının yaratdığı öhdəliklərdən çıxış edərək şərtlər irəli sürüb. Rusiya isə onları qəbul etmir, öz mövqeyini rəsmi Bakıya qəbul etdirmək üçün müxtəlif təxribatlara əl atır. 

Amma Azərbaycan rəhbərliyinin sərgilədiyi mövqe ondan xəbər verir ki, sülməramlıların mandatına dair Moskvanın istədiyi şərtlər daxilində razılaşma imzalanmayacaq.

 

"Azpolitika"  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam