Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bayden ABŞ-ın Əfqanıstandaki diplomatlarını geri çağıracaq

ABŞ prezidenti Cozef Bayden ölkənin Əfqanıstandakı bütün diplomatik əməkdaşlarının çərşənbə axşamına qədər geri çağırmağı planlaşdırır.

Yenixeber.org: Bu barədə iki mənbəyə istinadən “Washington Post” qəzeti bildirib.

Mənbələrə əsasən, Bayden çərşənbə axşamına qədər səfir Ross Uilsonu və Kabildəki digər diplomatik heyəti geri çağırmağı planlaşdırır.

Daha əvvəl nəşr bildirib ki, "Taliban" hərəkatı ABŞ-a 31 avqustda silahlı qüvvələrin çıxarılmasından sonra Əfqanıstanda diplomatik mövcudluğu saxlamağı xahiş edib. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays qeyd edib ki, Əfqanıstanda diplomatik mövcudluğun davamı üzrə qərar hələ qəbul edilməyib.

Amerikanın diplomatik missiyası daha əvvəl səfirliyin Kabildəki kompleksini tərk edib və paytaxtın beynəlxalq aeroportunun ərazisində işləməyə davam edir.

Əcnəbi əməkdaşların və xarici missiyalarda işləmiş əfqanların təxliyəsi ancaq Kabil aeroportu vasitəsilə aparılır. “Taliblər” bildiriblər ki, amerikalılara 31 avqustdan sonra ABŞ vətəndaşlarının təxliyəsi üçün möhlət vermək niyyətində deyillər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam