Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

LAVROVDAN TƏXRİBAT XARAKTERLİ ADDIM - Beynəlxalq yük daşıyıcılarını Qarabağa çağırıb

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasını(BADA) Qarabağa dəvət edib.

Yenixeber.org: Lavrovun BADA təmsilçilərini “Dağlıq Qarabağa diqqət yetirməyə” çağırdığı görüşdə səsləndirdiyi fikirlər xüsusilə erməni mətbuatında geniş şəkildə işıqlandırılıb.

Rusiyanın XİN rəhbəri qeyd edib ki, sözügedən ərazidə yol infrastrukturunun bərpası prosesi gedir. O, bildirib ki, bu prosesin məhz Rusiyanın iştirakı ilə gerçəkləşməsi lazımdır.

Sanki bu ərazilərin “ev sahibi” kimi çıxış edən Lavrov deyib: “İndi orada yol infrastrukturunun bərpası ilə bağlı aktiv iş gedir. Ona görə də bu perspektivli əraziyə diqqət yetirmənizi xahiş edirəm. Bu, məncə açıq iqtisadi gəlir gətirəcək. Ancaq bizim yaxın qonşuluğumuzdakı iqtisadi inkişafın Rusiyanın aktiv iştirakı ilə baş verməsi vacibdir.”

Xatırladaq ki, Rusiya XİN rəhbərinin bundan öncə də provakasiya xarakterli, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü sual altına alan açıqlamaları olub. Hansısa beynəlxalq təşkilatı Azərbaycan ərazilərində fəaliyyətə dəvət etmək yalnız rəsmi Bakının səlahiyyətlərinə aiddir və bunun beynəlxalq hüquqa görə Rusiya XİN-ə heç bir aidiyyatı yoxdur. 

Sözsüz ki, bunu Lavrov da yaxşı bilir. Odur ki, Rusiyanın özünün ucsuz-bucaqsız əraziləri qala-qala XİN rəhbərinin beynəlxalq yük daşıyıcılarını Qarabağ ərazisinə çağırması da növbəti provakativ xarakterli çağırış, Bakıya təzyiqin tərkib hissəsi sayıla bilər.(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam