Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan XİN rəhbəri: -"Ermənistandan təkliflərimizə qarşı heç bir addım görmürük"

Azərbaycan XİN rəhbəri: Ermənistandan təkliflərimizə qarşı heç bir addım görmürük

“Təəssüf ki, hələlik Ermənistan tərəfinin sülhlə bağlı təkliflərimizə cavab tədbirlərini müşahidə etmirik".

Yenixeber.org: Bu barədə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan serbiyalı həmkarı Nikola Selakoviçlə görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

“Ermənistan tərəfindən torpaqlarımızın 30 ilə yaxın davam edən işğal faktı, Vətən müharibəsi nəticəsində işğala son qoyulması və beynəlxalq hüququn bərqərar olması barədə həmkarımı məlumatlandırdım. Həmçinin, sülhün əldə olunması, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, orada şəraitin yaradılması və yenidənqurma işləri barədə Azərbaycan tərəfindən atılan sistemli addımlar barədə də məlumat verdim.

Ermənistanla münasibətlərin normallaşma imkanları, iki ölkə arasında sülh müqaviləsi təklifi, sərhədlərin delimitasiyası istiqamətində Azərbaycan tərəfinin atdığı addımlar barədə də bildirdim”, - XİN rəhbəri qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam