Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kreml növbəti dəfə Nikola rədd cavabı verib


Sülhməramlılar Qarabağa müstəsna olaraq hər iki münaqişə tərəfinin razılığı ilə yeridilə bilər, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Münaqişə zonasına istənilən sülhməramlılar müstəsna olaraq hər iki tərəfin razılığı ilə yeridilə bilər”, deyə o bildirib.

Yenixeber.org: Peskov dövlət başçısı Vladimir Putinin Ermənistan və Azərbaycan rəhbərləri ilə söhbətlərində tanınmamış Dağlıq Qarabağda münaqişə zonasına Rusiya sülhməramlılarının yeridilməsini təklif edib-etmədiyi barədə suala cavab verməkdən yayınıb.

Hər iki tərəfin razılığı olarsa, Rusiyanın öz sülhməramlılarını göndərib-göndərcməyəcəyi barədə suala cavabda Peskov hadisələri tələsdirməyə ehtiyac olmadığına işarə edib.

Xatırladaq ki, dünən Ermənistan baş naziri Nikol Paşinyan yenidən Rusiya sülhməramlılarının Qarabağa yeridilməsi zərurətini qeyd edib. Onun bəyanatı elə səslənib ki, sanki Rusiya prezidenti odur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam