Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

"Pskov və Leninqrad vilayətləri Estoniyaya məxsusdur" -Estoniya prezidentliyinə namizəd

Tallinin «Alexela» konsert evində bazar günü toplaşan müxalif sağ-radikal Konservativ Xalq Partiyası (EKRE) Xenna Pılluaası Estoniyanın prezidentliyinə rəsmi namizəd kimi təsdiqləyib. 

Yenixeber.org: Pılluaas özünün proqram nitqində deyib ki, ölkəyə elə Prezident lazımdır ki, ürəyində Estoniya dövlətinə, xalqına və göy-qara-ağ bayrağa məhəbbət gəzdirsin (err.ee).

«Bu, hər şeydən vacibdir. Bunsuz Estoniya dövləti və xalqı yox olur, ümidlər, səylər, qurbanlar və bizim bütün sələflərimizin əməyi, bizim özümüz və gələcək nəsillər qeybə çəkilir. Bizə elə Prezident lazımdır ki, üzü xalqa yönəlmiş olsun. Eləsi olsun ki, cəmiyyət daxilində gərginliyi artırmaq yox, azaltsın, bir masa arxasında fərqli fikirləri toplasın və hamısını birləşdirən bünövrəni tapsın. Elə etsin ki, biz, birlikdə irəli gedə bilək» - prezidentliyə yeni namizəd bəyan edib.

Pılluaas öz nitqində hökumətin hərbi xərcləri ixtisar etmək barədə qərarını tənqid edərək bildirib ki, Prezidentin borcu Estoniyanın təhlükəsizliyini təhdid edən amillərə reaksiya verməkdən ibarət olmalıdır.

«Bizim müdafiə qabiliyyətimizlə, dövlətin təhlükəsizliyi və müstəqilliyi ilə oynamaq olmaz» - Pılluaas deyib.

O, həm də özünün sevimli mövzusuna qayıdıb və əlavə edib ki, Estoniyanın Rusiya ilə yeni sərhəd müqaviləsi bağlamasına ehtiyac yoxdur. Onun fikrincə, Tartuda Estoniya Respublikası və SSRİ-i arasında 101 il əvvəl bağlanmış müqavilə hələ fəaliyyətdədir. Ona görə də, Pılluaas qeyd edib ki, Pskov və Leninqrad vilayətləri müharibəyə qədər Estoniyanın tərkibinə daxil olduğu kimi, beynəlxalq qanunlara görə, indi də ona məxsusdur.

«Peçorun və Narvanın o tayı ərazilərin işğalını qanuniləşdirməyə heç bir lüzum yoxdur» - Pılluaas hesab edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam