Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezident:“Bizim xarici siyasətimizdə dəyişiklik edilməyib”

 

Prezident: “Bizim xarici siyasətimizdə dəyişiklik edilməyib”
"Bizim xarici siyasətimizdə dəyişiklik edilməyib. Burada hər hansı yeni bir siyasətdən söhbət gedə bilməz. Ancaq təbii ki, dünyada vəziyyət dəyişir və bizim xarici siyasət təşəbbüslərimiz də ona uyğunlaşdırılır. Amma bizim xarici siyasətimiz sabit, proqnozlaşdırıla bilən və müstəqil siyasətdir. Xarici siyasətimiz bizim milli maraqlarımıza əsaslanır"
 Yenixeber.org: Bu fikirləri Prezident İlham Əliyev VII Qlobal BakıForumunun açılışındakı nitqində deyib.

Dövlətimizin başçısı bildirib ki, bütün dövlətlərlə sıx münasibətlərin qurulması bizim xarici siyasətimizin prioritetidir. Bu, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionumuzda sabitliyə yönəlmiş bir siyasətdir. Xarici siyasətimizin istiqamətlərinə gəldikdə, təbii ki, bizim təşəbbüslərimiz davam edib. Biz ənənəvi tərəfdaşlarımızla münasibətləri daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq.

Prezident vurğulayıb ki, hər bir ölkə üçün, o cümlədən Azərbaycan üçün qonşularla münasibətlər əsas prioritet təşkil edir. Bu baxımdan da bizim qonşularla münasibətlərimiz daha da güclənib. Biz səmərəli əməkdaşlıq mühiti yarada bilmişik, qonşularımızla qarşılıqlı hörmətə əsaslanan bir əməkdaşlıq növü qurmuşuq. Biz nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərmayə sahələrində körpülər qurmağa nail ola bilmişik. Təbii ki, bu, bizim ənənəvi əməkdaşlığımızın sayəsində mümkün olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam