Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Müsavatı avtoritar üsullarla idarə edənlər hər cür yalana, əl atır”

 

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri, Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Müsavat Partiyasında baş verənlərə münasibət bildirib.
"Xeberinfo.com":   Məlumata görə, hazırda Amerikada olan Q. İbadoğlu Müsavat və ADR üzvlərinə çağırış edib.

O, Müsavatda baş verənləri ürəkağrısı ilə izlədiyini deyib.

“Partiyanı avtoritar üsullarla idarə edən bir qrup onların nizamnamədən kənar hərəkətlərinə etiraz bildirən üzvləri müxtəlif bəhanələrlə partiyadan uzaqlaşdırır, ünvanlarına hər cür yalan, böhtan yağdırır, bəzən hətta təhqirlərə də əl atırlar. Təbii ki, bu cür məsələlərdə müzakirələrdən kənarda qalmaq çətin olur. Gəlin unutmayaq ki, çox da uzaq olmayan zamanlarda Müsavat xalqın ümid yerinə çevrilmiş bir siyasi qüvvə olub. Amma əfsuslar olsun ki, son qurultaydan sonra Müsavatda rəhbərliyi mənimsəyənlər şəxsi və qrup mənafeyinə xidmət edən səbatsız siyasət və səriştəsiz idarəçiliyi ilə partiyanı ağır duruma salıblar. Çox təəssüf ki, partiyanın indiki rəhbərliyi və onları müdafiə edən bir qrup səhvlərdən nəticə çıxarmaq, narazılıqları araşdırıb aradan qaldırmaq əvəzinə yanlış qərarları, uğursuz açıqlamaları və bu zaman istifadə etdikləri xoşagəlməz və təhqiramiz ifadələri ilə sizləri yersiz müzakirələrə cəlb edirlər. Müzakirələr zamanı müşahidə etdiyim qarşılıqlı aşağılayıcı açıqlamalar, ittiham dolu yazışmalar, bəzən də təhqirlə müşayiət olunan ifadələr bir çoxları kimi mənə də xoş gəlmir və çox güman ki, cəmiyyətdə də yaxşı qarşılanmır. Bütün bunlar həm də ümumi demokratik dəyərlərə və mübarizəyə də zərbə vurur. Odur ki, sizlərə - uzun illərin mübarizə dostlarına güvənərək xahiş edirəm ki, söz atışmalarını dayandırasınız, belə müzakirələr zamanı yolverilməz ifadələrdən, təhqiramız sözlərdən istifadə etməyəsiniz”, - deyə ADR sədri bildirib.

 

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam