Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Müsavat rəhbərliyi öz legitimliyini zorla qəbul etdirmək istəyir”

 

"Müsavat Məclisinin deputatlığa namizədlərlə bağlı ortaya atdığı təlimat çox xırda məqsədlərə xidmət edir”.

"Xeberinfo.com":  Məlumata görə, bunu Publika.az-a açıqlamasında qurultayın nəticələrini tanımadığı üçün Müsavat Partiyasından çıxarılan, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib. O hesab edir ki, Arif Hacılı öz legitimliyini zorla qəbul etdirmək istəyir.

“Məqsəd odur ki, aparıcı müsavatçılara partiya sədrinin legitimliyini bu yolla qəbul etdirsinlər. Bununla bağlı baş verənləri müşahidə edirik və bunu ADR Hərəkatı üzvlərinə qarşı diskriminasiya, demokratiyanın və insan azadlıqlarının pozulması kimi qiymətləndiririk. ADR Hərəkatı fərdi azadlıqlara da həssaslıqla yanaşır və bu məsələdə üzvlərinin iradəsindən irəli gələn istənilən qərarı hörmətlə qarşılayacaq”, - İbadoğlu əlavə edib.

 

Q. İbadoğlu parlament seçkilərində iştirak etməsi haqda yekun qərarının olmadığını bildirib.

ADR-in partiyaya çevrilmə imkanına gəlincə, Q. İbadoğlu bu məsələnin gündəmdə olmadığını qeyd edib: “Məsələ gündəliyə gələrsə, müzakirə olunacaq və qərarı ADR üzvlərinin seçdiyi müvafiq orqanlar kollegial qaydada verəcəklər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam