Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Lavrov-Çavuşoğlu görüşü: -7 məsələ müzakirə olunacaq

Lavrov-Çavuşoğlu görüşü: 7 məsələ müzakirə olunacaq
Sabah Rusiya xarici işlər naziri Sergey Lavrov ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş baş tutacaq.

Yenixeber.org: Rusiya Xarici İşlər Nazirliyi xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, maraq kəsb edən regional və beynəlxalq məsələlərə də geniş yer ayrılacaq.

Türkiyənin Antalya şəhərində keçiriləcək görüş Qarabağ məsələsi və Zəngəzur dəhlizinin açılması kontekstində böyük önəm kəsb edir.

“Görüşdə Cənubi Qafqada, həmçinin, Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan, həmçinin, Ukrayna, Mərkəzi Asiya, Şərqi Aralıq dənizi və Qara dəniz regionundakı vəziyyət müzakirə olunacaq”-deyə açıqlamada deyilir.

Regional təhlükəsizlik baxımından Moskva ilə Ankara arasında əməkdaşlıq böyük önəm kəsb edir. Sirr deyil ki, son vaxlar Liviya, Suriya və Qarabağ ətrafında yaranmış gərgin situasiya zamanı Putinlə Ərdoğanın birgə müzakirələri münaqişələrin qarşısının alınmasında, sabitliyin bərqərar olmasında əsaslı rol oynayıb.

Belə ki, 2020-ci ilin martında Türkiyə ilə Rusiya Suriyanın şimalındakı İdlib vilayətində hərbi qarşıdurmanın qarşısın almaq üçün razılaşma əldə etmişdi. Analoji əməkdaşlıq Qarabağda hərbi əməliyyatlar zamanı Birgə Monitorinq Mərkəzinin yaradılması zamanı da özünü bir daha göstərmişdi. Qlobal güclərin, xüsusən Qərb ölkələrinin Şimali Afrika, Yaxın Şərq və Cənubi Qafqaz regionunda passiv diplomatik və siyasi fəaliyyəti fonunda Ankara və Rusiyanın aktivliyi sülhün təmin olunmasında vacib faktora çevrilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam