Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Generalların Paşinyan üçün qurduğu “tələ“: -Ermənistan Rusiyanın quberniyasına çevrilir

Generalların Paşinyan üçün qurduğu “tələ“: Ermənistan Rusiyanın quberniyasına çevrilir

Ötən gün Ermənistanın Baş qərargah rəisi Artak Davtyan sensasiyalı açıqlama ilə çıxış edib. O, Geğarkunik vilayətinin Sotk-Xoznavar hissəsindən erməni hərbçilərinin çıxarılacağını və yerinə  rus sülhməramlılarının yerləşdiriləcəyini  açıqlayıb. Erməni mətbuatı isə bu addımı suverenliyə təhdid olaraq qiymətləndirib.

Yenixeber.org: Maraqlıdır, rus sülhməramlıları Ermənistan ərazisinə yerləşdirilməsi Azərbaycanla münasibətlərə hansı istiqamətdə təsir göstərəcək?

Mövzu barədə danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov ilk əvvəl bunun Paşinyanın maraqlarına cavab verməyən bir məsələ olduğunu vurğulayıb:

“Ermənistanın daxilində sərhədlərlə bağlı məsələ süni şəkildə şişirdildi. Nəticədə rus hərbçilərinin bir hissəsinin Gümrüdən çıxarılaraq Azərbaycan və Ermənistan sərhəddində yerləşdirilməsi məsələsini elə ermənilərin özləri qaldırdı. Bu isə Paşinyanın maraqlarına cavab verməyən bir məsələdir, çünki Paşinyan çox gözəl bilir ki, Azərbaycanın əsas məqsədi öz ərazi bütövlüyünü tam olaraq təmin etməkdir, yəni Ermənistan ərazisinə daxil olmaq kimi niyyəti yoxdur”.

Politoloq diqqətə çatdırıb ki, Ermənistanda müxtəlif icma rəhbərləri və generallar həmin məsələni bilərəkdən qaldırıblar:

“Hazırda onlar rus hərbçilərinin bölgədə yerləşdirilməsilə bağlı istəklərinə nail olurlar. Yayılan məlumatlara görə, artıq nəinki Türkiyə-Ermənistan, İran-Ermənistan, eyni zamanda Azərbaycan və Ermənistanın Qarabağ və Zəngəzur istiqamətindəki sərhədində rus hərbçiləri dayanacaq. Əslində, bu, rus hərbçiləri üçün heç də ümidverici bir məsələ deyil, çünki burada Rusiyanın iqtisadi, maliyyə və əsgəri resurslarından söhbət gedir. Yəni Azərbaycan heç bir halda həmin bölgədə təhdid təşkil etmədiyi üçün bu hadisələr Rusiya və Ermənistanın xeyrinə olmayacaq”.

Həmsöhbətimiz Azərbaycanın sözügedən proseslə bağlı öz fikrini bəyan etməyəcəyini də bildirib:

“Çünki bu, Ermənistanın daxilində baş verən proseslərlə bağlıdır. Biz artıq de-fakto Ermənistanın müstəqilliyinin tamamilə itirildiyinin və Rusiyanın quberniyası olduğunun şahidiyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam