Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İslahatçıların lideri seçkilərə buraxılmadı-İranda

İranın sərt xətt tərəfdarı olan konstitusiyaya nəzarət qurumu gələn ay keçiriləcək prezident seçkisinə yeddi namizədi buraxır. Bir sıra tanınmış şəxslərin namizədliyinin qeydə alınmadığı bildirilir.

Yenixeber.org: Dövlət televiziyası mayın 25-də Qəyyumlar Şurasının sözçüsünə istinadla xəbər verib ki, namizədlik üçün sənəd vermiş 590 nəfərdən yeddisinin namizədliyi təsdiqlənib. Şuraya Ali dini lider Ayətulla Əli Xameneyi nəzarət edir.

Sözçü Abbas Əli Kadxodai namizədliyi təsdiqlənənlərin adlarını çəkməyib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi siyahını elan edəcək və 18 iyun seçkisinə start veriləcək.

Mötədil Prezident Həsən Ruhani iki müddətdən artıq namizəd ola bilməz. Qəyyumlar Şurası əvvəlki seçkilərdə bir sıra mötədil siyasətçilərin namizədliyini təsdiqləməyib.

İran ədliyyəsinin rəhbəri İbrahim Rəisi seçkiyə ən güclü namizəd sayılırdı. O, 2017-ci il seçkisində Ruhaniylə mübarizə aparıb, Xameneyi ilə sıx əlaqələri var.

Yarırəsmi "Fars" xəbər agentliyinin mayın 24-də axşam yazmasına görə, Qəyyumlar Şurası tanınmış mühafizəkar, parlamentin keçmiş spikeri Əli Laricaninin namizədliyini qeydə almayıb. O, Ruhaninin müttəfiqi sayılır.

Fars “məlumatlı mənbələrə” istinadla indiki Vitse-prezident Eşaq Cahangirinin və keçmiş prezident Mahmud Əhmədinejatın da seçkiyə buraxılmadığını yazıb.

Nisbətən mötədil sayılan Ruhani hökuməti hazırda İranın dünya gücləri ilə 2015-ci il nüvə sazişini dirçəltmək məqsədi güdən danışıqlarda iştirak edir. Əhalinin prezident seçkisilə bağlı entuziazmı elə də güclü deyil, ölkədə sürətli bahalanma gedib, işsizlik artıb. Üç il öncə ABŞ İranla nüvə sazişindən çıxaraq sanksiyaları bərpa edib. Nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaları yüngülləşdirməyi nəzərdə tuturdu.

Tehran da bun cavab olaraq nüvə sazişi öhdəliklərindən tədricən çəkilməyə başlayıb. İran nüvə proqramının dinc məqsəd daşıdığını, atom bombası hazırlamaq niyyətinin olmadığını bildirir.

İranla Birləşmiş Ştatlar apreldən Vyanada nüvə sazişinin bərpası üzrə danışıqlar aparırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam