Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıya qarşı təhdid səsləndirməyi bitirin! -Petrosyan

Bakıya qarşı təhdid səsləndirməyi bitirin! - Petrosyan

44 günlük müharibədə məğlubiyyətə görə təkcə Nikol Paşinyan məsuliyyət daşımır.

Yenixeber.org: Bunu Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan deyib. O, Paşinyanın sələflərinin bu məğlubiyyətdə günahkar olduğunu bildirib.

Ter-Petrosyan Paşinyanın sələfləri siyahısında Vətənin Xilası Hərəkatının üzvlərinin olduğunu söyləyib.

Eks-prezident Paşinyanı “müxalifətin övladı” adlandırıb:

“1997-ci ildən başlayaraq, Erməni Ümummilli Hərəkatını çıxmaq şərti ilə Ermənistandakı bütün siyasi qüvvələr davamlı olaraq İrəvan üçün Qarabağ probleminin həllində əlverişli olan bütün təşəbbüsləri və cəhdləri rədd ediblər. Bütün qüvvələr Qarabağda status-kvonun saxlanması siyasətinə sarılmışdılar və hansısa kompromis variantlarından imtina edirdilər. Nəticədə ölkəni elə fəlakətə gətirib çıxardılar ki, indi yalnız Paşinyanı ittiham edirlər.

Anlamaq lazımdır ki, bizim fəlakət payımızda xalqın heç bir günahı yoxdur. Məhz xalq bu fəlakətin nəticəsinin yeganə və birbaşa daşıyıcısıdır”.

O, Ermənistan və diasporun hələ də məğlubiyyətdən heç bir nəticə çıxarmadığını bildirib:

“Müharibədən sonrakı ritorika yenə də xarici dünyadan mənasız, boş gözləntilərdən, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirməkdən ibarətdir. Seçkiqabağı kampaniya dövründə bu tendensiya yalnız güclənəcək. Bu o deməkdir ki, erməni xalqını itkilər və məyusluq gözləyir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam