Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Erməni nazirin Türkiyə ilə düşmənçiliyi – MARAQLI İZAHAT

 

 

  

                       Aleksey Bluminov: “Hökumətin ölkəni belə bir vəziyyətə salması biabırçılıqdır”

 

Yenixeber.org: Ukraynanın daxili işlər naziri, Bakı ermənisi Arsen Avakov ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanımasından sonra Ukraynanı da “soyqırımı” dövlət səviyyəsində tanımağa çağırdı. Bununla yanaşı, o, heç bir şəkildə Ukraynanın indi Türkiyə ilə strateji əlaqələr qurmağa çalışdığını və hərbi-texniki xarakterli bir çox sənədin olduğunu söyləmir. Ancaq göründüyü kimi, Avakovun etnik hissləri Ukraynanın milli maraqlarından daha vacibdir.

 

Ukraynalı politoloq Aleksey Bluminov bizimlə müsahibəsində Avakovun niyə bunu söylədiyini, Prezidentin Türkiyə ilə strateji əlaqələr qurduğunu, amma daxili işlər nazirinin Ankara ilə münasibətləri korlamağa çalışdığını izah edib.

No description available.

- Hazırda Ukrayna Türkiyə ilə strateji əlaqələr qurur. Belə mərhələdə Daxili İşlər Nazirliyinin rəhbəri niyə belə açıqlamalarla çıxış edir? Yoxsa Prezidentin siyasətini sabotaj edir?

 

- Ukraynanın bir dövlət olaraq Türkiyə ilə strateji əlaqələr qurduğunu deməzdim. Ola bilər ki, zahiri və formal olaraq hər şey belə görünür, ancaq diqqətlə baxsanız, yalnız xaosu və tutarlı bir xarici siyasət strategiyasının olmadığını görərik. Daha doğrusu, bunların təqlidi. İcazə verin, izah edim. Bir növ uzunmüddətli strategiya qurmaq üçün milli maraqları aydın şəkildə anlamalı, nə istədiyinizi və bunun üçün nələri qurban verəcəyinizi müəyyənləşdirməlisiniz.

 

Eyni Türkiyənin vəziyyətində - Türkiyənin sizi dost, müttəfiq və ya ortaq hesab etməsi üçün hansı kompromislər edilməlidir? Və sonra açıq şəkildə bir xəttə əməl edin və necə deyərlər, sonra söhbəti fırlatmayın. Bizdə belə bir şey yoxdur. Yalnız siyasətin təqlidi var - Qərb paytaxtlarından “böyük yoldaşlar”ın apardığı kampaniyaya şərik olmaq istəyi. Deyək ki, Amerika Çinlə mübahisə etməyə qərar verdi - biz də həmrəylik üçün mübahisə edəcəyik. Qərb Lukaşenkonu tanımamağa qərar verdi - biz də tanımadıq, iqtisadi cəhətdən bizim üçün bu, ayağımıza atəş olsa da, ordumuz üçün dizel yanacağı oradan gəlir.

 

Bayden “erməni soyqırımı”nı tanımaq qərarına gəldi və Qərbdəki moda trendinə uymaq üçün təcili olaraq biz də  tanımalıyıq. Eyni zamanda, səhər “erməni soyqırımı”nı tanımağın lazım olduğunu elan edə bilərsiniz, axşam isə bir daha Türkiyəni “strateji tərəfdaş” elan edib, “Bayraktar” üçün təşəkkür edə bilərik - bu, əsl Kiyev üslubundadır. Niyə? Nə üçün? Təəssüf ki, rəhbərlərimiz belə suallar vermir. Özlərini məntiqi və suveren xarici siyasəti olan ölkə deyil, satellit ölkələrinə xas olan tamamilə müstəmləkə düşüncəsini nümayiş etdirirlər.

 

Məsələn, eyni Belarus – MDB-də Rusiya Federasiyasının və KTMT-də Ermənistanın müttəfiqi olmasına baxmayaraq, nədənsə müttəfiqləri razı salmaq üçün Krımı, Abxaziyanı və ya Cənubi Osetiyanı tanımadı. Üstəlik, Azərbaycanı açıq şəkildə Qarabağ məsələsində dəstəklədi. Və bu yaxınlarda Moskvanın narazılığına baxmayaraq, Ukrayna ilə çox yaxşı münasibətlər qurdu. Minsk Kiyev məntiqi ilə hərəkət etsəydi, hamını və hər şeyi tanımaq üçün qaçardı.

 

Türkiyəyə qayıdaq. Bu, siyasətin olmamasının bir nümunəsidir. Düşünürəm ki, Avakov belə bir fikri ucadan səsləndirməyə ona görə qərar verdi ki, “Baydenin açıqlamasından sonra” bu sözlər müqabilində heç bir şey onu təhdid etmir. Ukrayna koordinat sistemində belədir. İndi əgər Baydenin ümumi xətti, məsələn, Türkiyənin ambisiyalarına dəstək nümayişindən ibarət olsaydı, bəli, Avakov “Vaşinqton raykomunun” əleyhinə danışdığı üçün elə öz nazir həmkarları tərəfindən tənqid edilərdi. Bu situasiya çox təəssüfedicidir, amma bir həqiqətdir.

 

Bir vaxtlar, Dizraeli İngiltərənin əbədi dostlarının olmadığını, ancaq əbədi mənafelərinin olduğunu söyləmişdi, lakin Ukraynanın indiki formasında çoxlu “dost” və iyirmiyə yaxın “strateji tərəfdaş”ı olmasına baxmayaraq, Kiyevin “dostlarının” mənafelərinin ümumiyyətlə bir çox cəhətdən bir-birinə zidd olduğu barədə bir anlayışı yoxdur. Bu vəziyyətdə isə, qorxun ki, Ukraynanın özü də bu ziddiyyətlərin qovuşmasında əzilməsin.

 

- Avakovun etnik prioritetlərini Ukraynanın milli maraqlarından üstün tutması qəbulediləndirmi?

 

- Yaxşı, Avakovun erməni olması və vaxtaşırı olaraq bəzi ermənipərəst jestləri nümayiş etdirməyi unutmaması hamıya məlumdur. Ancaq açığı, onun bu məsələdə etnik prioritetlərini Ukraynanın milli maraqlarından üstün tutduğunu düşünmürəm. Etnik hissləri olmadığı üçün deyil, dövlət vəzifələrini başa düşmədiyi üçün. Artıq izah etdiyim kimi, indi sualı belə qoymaq mümkün deyil, çünki səlahiyyətlilər özləri bu milli maraqların nə olduğunu izah edə bilmirlər.

 

- Nə demək istədiyinizi bir az da aydınlaşdırın.

 

- Məsələn, “Motor Sich” zavodunu çinli bir investora satdıq. Yaxşı bir investisiya müqaviləsi kimi görünürdü. Ancaq sonra Vaşinqtondan bir təpki gəldi ki, Birləşmiş Ştatlar bu cür vacib texnologiyaların potensial rəqib hesab etdikləri Çinin əlinə keçməsini qəbuledilməz hesab edir. Və nə düşünürsünüz? Ukrayna Təhlükəsizlik Xidməti əvvəllər təsdiqlənmiş çinli investorlara qarşı sanksiyalar tətbiq etdi, müəssisəni onlardan aldı və indi Çinlə milyardlarla dollar dəyərində məhkəmə iddialarına hazırlaşır. Sual olunur: bu, siyasətdir, yoxsa nə? Tamamilə Amerika tərəfdarı bir kursunuz varsa, çinlilərin bu qədər vacib bir əraziyə gəlməsini nə üçün təsdiqləyirsiniz? Əgər təsdiqləmisinizsə, onda niyə Vaşinqtonu razı salmaqla çinliləri çölə atırsınız? Boş yerdə onlarla mübahisə yaratmaq üçün? Məntiq yoxdur. Ermənilərlə məsələdə də belədir.

 

Kiyevdə heç kim sizə  “soyqırımı” tanımağın Ukraynaya nə fayda verə biləcəyini izah edə bilməz. Eyni zamanda, onu tanımamaq da düz gəlmir – bizdə avtoritet sayılan Bayden tanıdı axı. Açığı, inanıram ki, Kiyev bu məsələyə qarışmamalıdır - nə lehinə, nə də əleyhinə. Hər iki halda da heç bir şey əldə etmirik. Ərdoğana tam dəstək olsaq da, Dövlət Departamentində narazılığa səbəb olma riski var. Bu, ağaların döyüşdüyü zaman kölələrin başlarının çatladığına dair klassik bir haldır. Ukrayna hökumətinin ölkəni belə bir vəziyyətə salması ayıbdır.

 

- Bakı ermənisi Avakovu siyasi xadim kimi necə qiymətləndirərdiniz? O, Poroşenkonun rəhbərliyində də işlədi, lakin yeni hökumət onu dəyişmədi. Niyə?

 

- Avakov güclü bir siyasətçidir. Ona münasibətdən asılı olmayaraq, son 20 ildə bu, yalnız təkcə Daxili İşlər Nazirliyinin deyil, ümumilikdə yeganə nazirdir ki, yeddi ildir ardıcıl vəzifədə oturub və heç kim onu ​​əvəz edə bilməz. Həm ölkədə, həm də Qərbdə qeyri-adi dərəcədə güclü bir lobbisi var. Bu illər ərzində Daxili İşlər Nazirliyində öz kadr dalğasını inkişaf etdirdi - adamlarını bütün müstəvi boyunca yerləşdirdi. Gizli şəkildə “Milli Drujina” və “Azov” kimi müxtəlif sağçı radikal militar qruplara nəzarət edir - yəni bir şey olarsa, güc qanadı da var.

 

İndiyə qədər Avakovu mövcud güc konfiqurasiyasındakı yerindən birtəhər tərpətmək üçün real mexanizmlər görmürəm. Və düşünürəm ki, prezident dəyişikliyindən sonra da Avakovun vəzifəsində qalma ehtimalı yüksəkdir. Ona görə ki, yeni rəhbər də ona borclu olacaq. Gərgin siyasi mübarizə şəraitində Daxili İşlər Nazirliyi hakimiyyətin əldən ələ nisbətən sakit keçməsinin yeganə qarantı olacaq.

 

Və bu, Avakova minnətdarlıq hissi ilə də olsa, özünü kresloda saxlamağa zəmanət verəcək. Və sonra o, yalnız özünün idarə edə biləcəyi bir böhran yaratmağı yaxşı bilir. Yeddi ildə bunu çox yaxşı öyrənib. Eyni zamanda, onun dövlət xidmətlərini çox yüksək qiymətləndirmirəm. Yəni onun ölkə üçün etdiyi yaxşı bir şeyin adını çəkməkdə çətinlik çəkirəm. Ancaq bir siyasi döyüşçü, bir siyasi hiyləgər və təcrübəli bir saray məmuru qabiliyyyətini heç kim ondan ala bilməz.(ayna)

 Nicat Hacıyev    

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam