Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Bakının “kökə və qamçı” siyasəti -şərtləri daha Moskva diktə etmir

Rusiya və onun bölgədəki marionetinə Azərbaycandan kritik ismarış və suallar; sülh müqaviləsini ləngitməklə Ermənistan ən böyük pisliyi özünə edir...

Yenixeber.org: “Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır”. Prezidenti İlham Əliyev bu barədə dünən ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında deyib.

Sitat: “Mən artıq demişəm ki, sülh sazişi imzalamağa hazırıq. Ancaq biz İrəvandan cavab addımları görmürük. Əksinə, Ermənistanın baş naziri təcavüzkar bəyanatlar səsləndiirir, xarici işlər nazirinin açıqlamaları isə Azərbaycanofobiyadan, Türkofobiyadan xəbər verir”.

Azərbaycan Prezidenti ölkəmizin Ermənistana ərazi iddialarının olmadığını da bildirib: “Biz öz tariximizi unutmayacağıq, amma Ermənistan da daxil olmaqla, heç bir ölkəyə ərazi iddiamız yoxdur”.

Başqa sözlə, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması üçün heç bir hüquqi əngəl mövcud deyil. SSRİ dağılandan sonra mövcud olmayıb da. Lakin vurğulandığı kimi, 5 aydır biz rəsmi İrəvandan adekvat reaksiya görmürük. Tam tərsinə, erməni tərəfi sanki heç nə baş verməyibmiş kimi, işğalçı ordu darmadağın olmayıbmış kimi yenə də hansısa mifik “artsax dövləti”ndən dəm vurur, konfliktin hələ də həll edilmədiyini, “həllin” isə müstəsna olaraq Bakı tərəfindən “artsax xalqı”nın “öz müqəddəratını təyinetmə haqqı”nı tanımaq əsasında mümkün ola biləcəyi kimi sərsəm bəyanatlar səsləndirir. Bir sözlə, Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürməyə davam edir və bu mövqeyində qalır... 

*****    

Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak  edib YENİLƏNİB-2 VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət başçısı dünənki çıxışında hərbi əməliyyatlar bitdikdən sonra Dağlıq Qarabağ ətrafında vəziyyətin kövrək olduğunu söyləyib və qeyd edib ki, atəşkəs rejiminə riayət edilsə də, müharibədən sonrakı inkişafla bağlı önümüzdə hələ çox məsələlər durur. Həmçinin bildirib: “Müharibədən sonra vəziyyət dəyişib, atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır”.

O suallardan biri də şübhə yox ki, Azərbaycan ərazilərində bu günədək erməni silahlılarının qalmasıdır. Hələ də Ermənistandan Rusiya sülhməramlılarının nəzarətindəki kiçik anklav bölgəyə qanunsuz yolla erməni hərbçilərinin göndərilməsinə cəhdlər edilir. Bu haqda Azərbaycan rəsmiləri, özəlliklə Prezident, xarici işlər naziri dəfələrlə bəyanatlar verib. BMT, digər beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıblar. Xəbərdarlıq edilib ki, belə qanunsuz hərəkətlər Azərbaycanı gec-tez antiterror əməliyyatı aparmaq zorunda qoyacaq. Yeri gəlmişkən, bu, artıq zərurətə çevrilib və bəzi məlumatlara görə, hətta ay məsələsidir.

Əfsus ki, regionda Bakının razılığı ilə yerləşmiş Rusiya sülhməramlı qüvvələri bu problemin həllinə kömək eləmək əvəzinə, bir çox hallarda erməni quldurların daha da şirniklənməsinə, bölgədə separatçı ovqatın qalması və qızışdırılmasına rəvac verir. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin isə neçə vaxtdır Azərbaycanın ərazimizdə ələ keçirdiyi erməni diversant-terrorçularının müdafiəsi ilə məşğuldur. Srağagün o, erməni mediasına müsahibəsində diplomatdan çox, özünü prokuror kimi apararaq, terrorçuların azad ediləcəyinə o dərəcədə əminlik ifadə edib, Azərbaycanın adından o dərəcədə arxayın danışıb ki, sanki həmin diversantlar Bakıda yox, Moskvada saxlanılır.

Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya  mediasında geniş əks-səda doğurdu - FOTO

Yaxud Şuşa azad edildikdən sonra şəhərin “İsgəndər-M” ballistik raketləri ilə atəşə tutulması ilə bağlı müəmma. Bu barədə də İlham Əliyev dünənki çıxışında açıq danışdı və Moskvadan cavab gözlədiyini bildirdi...

*****

Yəni bir yandan, İrəvan Azərbaycanla sülh müqaviləsini gecikdirməklə ölkəmizə ərazi iddiasının qaldığını açıq nümayiş etdirirsə, o biri yandan, Rusiyanın separatizmə, erməni terrorizminə gizli-azıq himayəsindən ruhlanaraq özünü az qala, qalib ədası ilə aparmağa, Bakıya şərtlər qoymağa çalışır, mina xəritələrini verməkdən cinayətkarcasına imtina edir.

Təbii ki, rəsmi Bakı bütün bu baş verənləri görür, fiksə edir və cavabları da olacaq. O cümlədən diversantlarla bağlı heç kim Azərbaycana təzyiq edə bilməz. İkinci yandan, onlar haqda artıq cinayət işləri açılıb və istintaq gedə-gedə onların buraxılması üçün heç bir hüquqi prosedur, mexanizm mövcud deyil. Diversantlar yalnız onlara hökm oxunandan sonra dövlət başçısı tərəfindən əfv edilə bilərlər. Və ya heç edilməzlər. Ona görə ki, 10 noyabrdan sonra şərtləri Moskva və İrəvan yox, Bakı diktə edir. Odur ki, Bakıda saxlanılan terrorçular haqda adi əsirlər kimi danışmaqla Rusiya diplomatı əslində erməniləri aldadır, öz ölkəsinə və Azərbaycana isə sayğısızlıq edir.     

Şəkil:Tofiq Zülfüqarov.jpg — Vikipediya

Tofiq Zülfüqarov

 

Öz növbəsində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Ermənistanın istədiyi “hərbi əsirlər”i Azərbaycanın qaytarmaması təkcə minalanmış ərazilərin xəritələri ilə bağlı deyil.

“Rəsmi Bakı bununla həm də dünya ictimaiyyətinə göstərmək istəyir ki, ərazisində heç bir erməni hərbçisini görmək istəmir. Təsadüfi deyil ki, 44 günlük müharibənin başlamasının bir səbəbi də işğalçı qüvvələrin 27 ildir Azərbaycan torpaqlarında olması idi. Ermənistan isə indiki halda istəyir ki, Qarabağda hərbi mövcudluğunu saxlasın və Azərbaycanın erməni əsilli vətəndaşlarının ”təhlükəsizliyini" təmin etsin. Bakı üçün bu, qəbuledilməz addımdır. Rəsmi İrəvan hərbçilərini qanunsuz yollarla Qarabağa göndərməkdən imtina etmədiyi müddətdə özünün “hərbi əsir” saydığı şəxsləri təhvil ala bilməyəcək", - deyə keçmiş baş diplomat Axar.az-a açıqlamasında qeyd edib.

*****

Məsələ də bundadır. Azərbaycan ərazisində sonuncu qanunsuz erməni yaraqlısı zərərsizləşənə və ya tərk-silah edilənədək, Ermənistanla sülh müqaviləsi imzalananadək  Azərbaycandan birtərəfli güzəşt olmayacaq. Bizim üçün qarşılığı olmayan güzəştlər dövrü ötən il sentyabrın 27-də bitib. Güzəşti məğlub tərəf edər.

Azərbaycan işğalçı tərəfə yetərincə güzəşt edib, “kökə” verib və hər hansı səmərəsi də olmayıb, əksinə, bunu bizim “acizliyimizə” bağlayaraq, daha böyüyünü tələb ediblər. Artıq “kökə” yox, “qamçı” siyasəti dövrüdür. Bu mənada böyük sülh müqaviləsini ləngitməklə Ermənistan ən böyük pisliyi özünə edir. Özü bilər..   


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam