Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Krımın itirilməsinin tarixi səbəbləri... –Poroşenko yazır

Poroşenko hesab edir ki, Ukrayna Krımın Rusiya tərəfindən ələ keçirilməsini təmin etmək üçün addım-addım səhvlər etdi

Yenixeber.org: Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko "Ukrainskaya Pravda" qəzetində “Krımın Ukrayna tərəfindən itirilməsinə səbəb olan tarixi səbəblər” adlı məqalə ilə çıxış edib. 

 Poroşenko məqaləsində qeyd edir ki, SSRİ-nin dağılmasından dərhal sonra Moskva keçmiş ittifaq respublikaları ərazisində, xüsusilə də Krım və Dnestryanı ərazilərdə rusiyapərəst muxtariyyətlərin yaradılmasına başlayıb.

“1990-cı illərin əvvəllərində Ukrayna hələ də Rusiyadan çox asılı vəziyyətdə idi və Kiyev bu prosesə müdaxilə edə bilmədi. 2014-cü ilin dramı otuz illik tarixin yalnız sonu oldu. Səhvdən sonra səhv, səhv hesablamadan sonra yenidən səhv hesablama... Ukrayna Krımın Rusiya tərəfindən ələ keçirilməsini təmin etmək üçün addım-addım səhvlər etdi”, - Poroşenko yazır.

 

Sabiq Prezident qeyd edib ki, fəlakətli iqtisadi müddəalar, bazar islahatlarındakı gecikmələr və Rusiya qazından asılılıq səbəbi ilə rəsmi Kiyev Sevastopolda bir rus donanmasının yerləşdirilməsinə razı olmaq məcburiyyətində qaldı: “Hakimiyyət Krımın “Rus dünyası" deyilən ideologiyanın əsl sınaq meydanına çevrilməsinə göz yumdu".

 

Poroşenko hesab edir ki, Rusiya Silahlı Qüvvələri personalının yarımadada dərin kök salması 2014-cü il hadisələrində ölümcül bir rol oynadı: “Bunun nəticəsində Krım sakinləri rus əsgərlərini qarşılarında düşmən kimi görmədilər. Bu, Ukraynanı hücuma qarşı müdafiə imkanlarından məhrum etdi”.

 

Qeyd edək ki, Krım 2014-cü ilin martında bölgədə referendum yolu ilə Rusiya tərəfindən faktiki olaraq işğal edildi. Ukrayna, Avropa Birliyi ölkələri və ABŞ yarımadanın Rusiyaya birləşməsini ilhaq adlandıraraq, referendumun nəticələrini tanımaqdan imtina etdi. Rusiya hakimiyyəti bu iddiaları rədd edir və referendumun beynəlxalq hüquqa uyğun olduğunu israr edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam