Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilər Milonova -villa, mənzil, maşınlar və torpaq sahəsi bağışlayıblar

Rusiyanın tanınmış deputatı Vitali Milonov Qarabağ separatçılarını dəstəklədiyinə görə ona sponsorluq edən erməni diasporunun pulu ilə yaşadığı barədə ittihamlatı dəf etməli olub.

Yenixeber.org: Vitali Milonov müharibə zamanı Qarabağa səfər edib, orada separatçılara dəstək üçün bəyanatlar verib. Milonov müharibədən sonra da erməniləri dəstəkləməkdə davam edib və... indi məlum olur ki, bu heç də təsadüfi deyilmiş.

Belə ki, “Komsomolskaya pravda” radiosunda yayımlanan verilişdə jurnalist Roman Qolovanov, müxtəlif KİV-lərin yazdıqlarına istinadən Milonovun Qarabağ separatçılarını dəstəklədiyinə görə erməni diasporundan yarım milyon dollar aldığını bəyan edib.

 

 

“Ermənilərin maraqlarının lobbiçiliyi Milonova xeyli sərvət qazandırıb. 4 il ərzində o, Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatı olub. Milonov, Strelni rayonunda 187.000 dollar dəyərində bir torpaq sahəsi alıb və qısa müddətdə həmin ərazidə ən azı 200.000 dollar dəyərində villa tikdirib. Ermənilər Milonovun Sankt-Peterburqun Qanunverici Məclisinə gedən yolunu asanlaşdırmaq üçün ona 360 min dollar dəyərində bir mənzil hədiyyə ediblər. 4 il ərzində Milonov özünə BMV, Ford Explorer alıb və nəzərə alsaq ki, Peterburq deputatının maaşı ayda 1150 dollar təşkil edir, Milonov 55 min dollar qazanıb", - deyə Qolovanov xəbəri oxuyub və dərhal da studiyada iştirak edən Milonovdan soruşub ki, bunlar doğrudur ya yox?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam