Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Rusiyalı ekspert Moskvanın üçtərəfli görüşlə bağlı maraqlarından danışdı

 Co Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər Moskva Qarabağ münaqişəsinin nizamlanması üzrə hansısa nəticələrə nail olmaq istəyir ki, bu məsələni müstəqil həll etsin, ABŞ və Fransanın müdaxiləsinə yol verməsin.

Yenixeber.org: Tanınmış rusiyalı jurnalist və analitik Arkadi Dubnov "Azadlıq" radiosuna müsahibəsində bildirib.

O, Rusiyanın Ermənistandan fərqli olaraq Azərbaycanın sülhməramlıların mandatı haqda sənədi imzalamamasından narahat olduğunu etiraf edib. "Bakı Dağlıq Qarabağa, o cümlədən Ermənistan tərəfindən giriş məntəqələrinə nəzarət əldə etməyi,  Qarabağda erməni hərbçilərin tamamilə tərksilah edilməsini istəyirdi. Bakı bu gün Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan bir hissəsinin də idarə olunmasında iştirak etmək istərdi. Hesab etmirəm ki, bu cür iddiaları tamamən Moskvada qəbul etməyə hazırdırlar", - Dubnov deyib.

Moskva Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsinin mümkünlüyü barədə məlumatlardan da narahatdır.  Bu, Moskvanın Ankara və Bakı ilə münasibətlərinə mənfi təsir göstərir, Dubn bildirib və qeyd edib ki, noyabrın 9-də Rusiyanın Mi-24  vertolyotunun azərbaycanlı hərbçilər tərəfindən  vurulmasına dair Moskvanın mövqeyinin sərtləşdirilməsini təsadüfi saymır. “"Mən bunu Moskva üçün də ümumi əlverişli şəraitə nail olmaq üçün Bakıya təzyiqin bir elementi kimi qiymətləndirirəm", -  o bildirib.

Azərbaycan Moskva və Yerevanı Naxçıvan vasitəsilə yolun açılması və regionun iqtisadi transformasiyası ilə maraqlandırmağa çalışır. "Düşünürəm ki, bu, ciddi təklifdir və bu təklifdən, çətin ki Moskvada kənara çəkilsinlər". Dubnov hesab edir ki, bu, Moskvaya öz enerji resurslarının Qərbə ixracı marşrutlarını diversifikasiya etməyə kömək edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam