Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Makron “kiçik bacı”nın fransız vəkili rolunda-ŞƏRH

Noyabrın 10-da Ermənistanın kapitulyasiyası barədə sənəd imzalandıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə görüşüb, onlarla birlikdə nahar edib.
Yenixeber.org: Ermənistanın "Qraparak" nəşrinin məlumatına görə, Makron Fransa ermənilərinin baş nazir Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib.

Fransa rəhbəri söhbət zamanı Ermənistan baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. Belə ki, o, müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta bir neçə dəfə SMS yazdığını bildirib.

Makronun dediyinə görə, Paşinyan ona tez cavab verirmiş, lakin heç vaxt öz təşəbbüsü ilə Fransa prezidentilə əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

Bundan əlavə, bir məqam Makronu xüsusilə təəccübləndirib ki, Paşinyan nə noyabrın 10-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb və belə bir sənədi qəbul etdiklərini bildirməyib, həmçinin kapitulyasiyanın nəticələrini yumşaltmaq üçün nə etməyin mümkün olduğunu soruşmayıb.

Makron görüş zamanı deyib: "Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya sonra məlumat verməyib, yaxud xahiş etməyib?".

Belə məqamda "Qraparak" nəşri yazıb ki, bu məsələlər erməni icması ilə yox, dövlət diplomatiyası yolu ilə həll edilməli idi.

Makronun məlum açıqlamaları bir sıra məqamlardan xəbər verir.

O, bununla növbəti dəfə qatı ermənipərəst mövqedə olduğunu, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasəti apardığını aşkar şəkildə nümayiş etdirdi.

Açıq-aydın görünür ki, Makron Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri mandatını yalnız işğalçı Ermənistanın və tarixin zibilliyinə göndərilən separatçıların maraqlarını müdafiə etmək kontekstində anlayır və buna uyğun hərəkət edir. O, hətta bu mənfur mövqeyini gücləndirmək üçün Fransanın dövlət və xalq maraqlarını ayaqlar altına atmaqdan çəkinmir. Təəssüf ki, bütün bunlar dünya ictimaiyyətinin gözü önündə baş verir. Nədənsə, dünya gücləri Fransanın maraqlarının erməni faşizminə qurban verilməsinə seyirci qalır.

"Demokratiyanın beşiyi" hesab olunan ölkə rəhbərinin ermənipərəst mövqeyi artıq danılmaz faktdır və özü də bunu gizlətmir. Hakimiyyəti dövründə fransızların nifrətini qazan Makronun erməni sevgisi hərbi əməliyyatlar zamanı az qala aşıb-daşırıdı. O, Azərbaycanın tarixi qələbəsi ilə başa çatan 44 günlük müharibə əsnasında Fransanı Avropanın Ermənistanı kimi tanıtmağa çalışır və bütün imkanlarını işğalçıların müdafiəsinə yönəldirdi. Bu günədək həll prosesində bir dəfə də olsun ədalətli mövqe sərgiləməyən Fransa prezidenti hərbi əməliyyatlar dövründə işğalçıya açıq dəstək ifadə edirdi.

Əlbəttə, Makronun bugünkü açıqlamaları və fəaliyyəti bir daha təsdiqləyir ki, Fransa balanslı, ədalətli həmsədr mandatının tələblərinə uyğun davranmayıb və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməyə davam edəcək. Bu isə Parisin həmsədrlik statusundan kənarlaşdırılması məsələsini yenidən aktuallaşdırır.

Artıq dünya qəbul etməlidir ki, Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirir. O, özünü həmsədr dövlətin rəhbəri kimi yox, işğalçı ölkənin vəkili kimi aparır, açıq şəkildə əlləri günahsız azərbaycanlıların qanına bulaşmış cinayətkarların yanında yer alır, rəhbərlik etdiyi ölkənin maraqlarını işğalçı Ermənistanın faşizm siyasətinə qurban verir.

Bəs nə üçün Makron sülhü yox, işğalçını dəstəkləyir?

Prosesləri müşahidə edərkən Fransada güclü olan erməni diasporu və erməni seçicilər faktoru önə çıxar. Makron növbəti seçkilərdə erməni seçicilərə “xilas yolu” kimi baxır. Makronun milli maraqların əleyhinə olsa belə, açıq şəkildə ermənipərəst mövqeyi ortaya qoymasının əsas səbəblərindən biri məhz budur. Onun həmsədrlik missiyasına zidd mesajları əslində Fransadakı erməni seçicilərə verilən vədlər kimi qiymətləndirilməlidir.

Makronun "təki hakimiyyətdə qalım" deyə faşizmə qucaq açması Fransa kimi ölkəni uçuruma doğru aparır. Fransızların pandemiyanın yaratdığı problemlərini qulaq ardına vuran, ölkəni işğalçıların yuvasına çevirən Makron növbəti seçkidə qalib gəlmək üçün Fransanın "kiçik bacısı" adlandırılan Ermənistana arxalanır, ermənilərin könlünü xoş etmək üçün dəridən-qabıqdan çıxır.

Maraqlıdır, 44 günə darmadağın olan, Azərbaycanın qarşısında diz çökən, ağ bayraq qaldıran Ermənistan, eləcə də Fransa erməniləri Makronu necə müdafiə edə bilər?!

Gülməli və bir o qədər də acınacaqlıdır. Şübhə yox ki, hələ də ədalət hissini itirməyən sadə fransızlar "kiçik bacı"nın fransız vəkili rolundan çıxış edən Makronu növbəti seçkidə layiq olduğu yerə - tarixin toz basmış arxivinə göndərəcəklər. Əks halda, Fransanı işğalçı Ermənistanın aqibəti gözləyir.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam