Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyanın Qarabağ məğlubiyyəti -Makronu məyus edib

Paşinyanın Qarabağ məğlubiyyəti Makronu məyus edib
Erməni KİV-ləri Fransa prezidenti Emmanuel Makronun baş nazir Nikol Paşinyanla bağlı məyusluq doğuran fikirlərini dərc ediblər.
Yenixeber.org: "Hraparak" qəzeti Fransa prezidentinin Nikolun davranışlarından təəccübünü gizlətmədiyini yazıb.

Məqalədə deyilir: “Noyabrın 9-da kapitulyasiya aktının imzalanmasından bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələrini qəbul edib. Nahar yeməyi zamanı maraqlı bir dialoq yaşanıb. Makron Fransa ermənilərinin Nikol Paşinyanla bağlı fikirlərini soruşub. İcma nümayəndələrini diqqətlə dinləyib, ancaq Paşinyanın şəxsiyyəti və davranışları ilə bağlı çaşqınlığını gizlətməyib. Fransa prezidenti döyüşlər zamanı baş nazirlə bir neçə dəfə əlaqə qurduğunu, ona dəstəyini təklif etdiyini deyib. O, hətta Paşinyana mesajlar yazdığını da xatırladıb. Paşinyan Makrona zamanında cavab verirmiş. Amma Makron ən azı bir dəfə də olsun baş nazirin öz təşəbbüsü ilə onunla əlaqə saxlamadığını və heç bir şey istəmədiyini deyib. Üstəlik, Makronu xüsusilə bir məsələ təəccübləndirib. Bu da 9 noyabr tarixində sənədin imzalanmasından əvvəl, nə də heç olmasa ondan sonra Nikolun Makronla əlaqə saxlamaması və onu məlumatlandırmamasıdır. Halbuki belə bir sənədi imzalamaq məcburiyyətində qaldığını və ya onun mənfi nəticələrini azaltmaq üçün nə edilə biləcəyini müzakirə etmək olardı...”

Makron nahar yeməyində Nikolun ona qarşı sayğısızlığına görə belə deyib: “Mən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin prezidentiyəm, o niyə məni bu hadisə ilə bağlı məlumatlandırmadı? Niyə sənədin imzalanmasından əvvəl və ya sonra dəstək istəmədi?"

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam