Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Samir Şərifov: -"Bu bədnam qətnamə Azərbaycan və Fransa arasında ..."

Samir Şərifov: "Bu bədnam qətnamə Azərbaycan və Fransa arasında uzun illərdən bəri qurulmuş əməkdaşlığa ciddi qəsddir"

"Erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən Fransa Senatının Rəyasətinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu ilə bağlı təqdim olunmuş qətnamə layihəsinin noyabrın 25-də müzakirə edilərək Senat tərəfindən qəbul olunmasını kəskin pisləyir, bu təxribatçı addımı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına, Qarabağda sülhün deyil, müharibənin yenidən alovlanmasına rəvac verən və heç bir hüquqi əsası olmayan hərəkət kimi qiymətləndirirəm".

Bunu Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri, maliyyə naziri Samir Şərifov Fransa Senatının məlum qərarına münasibət bildirərkən deyib. Şərifov əlavə edib: "Fransa Senatı bu bədnam qətnaməni qəbul etməklə beynəlxalq hüququn təməl prinsiplərini, BMT Nizamnaməsini və Fransanın özünün səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini heçə sayır, Fransa Respublikasının Cənubi Qafqaz regionu üzrə əsas iqtisadi-ticarət tərəfdaşı olan Azərbaycan Respublikası ilə uzun illərdən bəri siyasi, iqtisadi, ticarət, mədəni, təhsil və digər sahələrdə qurulmuş çoxşaxəli əməkdaşlığa, fransız biznes dairələrinin Azərbaycandakı maraqlarına ciddi qəsd etmiş olur və gələcəyini böyük sual altına qoyur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam