Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Konstantin Kosaçov: -“Senatın qərarı tövsiyə olaraq qalacaq”

Konstantin Kosaçov:  “Senatın qərarı tövsiyə olaraq qalacaq”
Fransa Senatının Qarabağa dair qərarı tövsiyə xarakteri daşıyır və çox güman ki, məsələ bununla məhdudlaşacaq.
Yenixeber.org: Bunu Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin sədri Konstantin Kosaçov deyib. Onun fikrincə, Fransa Senatının qətnaməsi daha çox Türkiyə ilə Parisin münasibətlərinin mürəkkəbləşməsi ilə əlaqədardır.

“Paradoksal səslənə bilər, amma Fransa Senatının qərarının fransız həmkarlarımızın səmimi duyğularını başa düşərək, həm də Türkiyə ilə əlaqəli olduğuna dair bir şübhəm var”.

K.Kosaçov qeyd edib ki, Senatın qərarı hələlik nümayişdən başqa bir şey deyil: “Hökumətə tövsiyə olaraq qəbul edilən təşəbbüsün bu şəkildə qalacağına praktik olaraq heç bir şübhə yoxdur. Dağlıq Qarabağ ətrafındakı vəziyyət, ilk növbədə ikitərəfli Azərbaycan-Ermənistan siyasi dialoqunun mövzusu olaraq qalmalıdır. Ultimatumsuz və güc ssenariləri olmadan...”.

Qeyd edək ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökumətdən qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərəzli qətnamə qəbul edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam