Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyan Qarabağın müstəqilliyinin tanınmasına nail olmaq niyyətindədir

 Yenixeber.org: Qarabağın beynəlxalq aləmdə tanınması mütləq prioritetə çevrilir, bu barədə cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, Qarabağ məsələsinin və Qarabağın statusunun yekun həlli prinsipial əhəmiyyət daşıyır.

“Bu məsələdə bizim vəzifələrimiz dəyişmir və Arsaxın beynəlxalq aləmdə tanınması mütləq prioritetə çevrilir. Və mahiyyətcə, indi Arsaxın beynəlxalq aləm tərəfindən tanınması üçün daha tutarlı arqumentlər var”, - o qeyd edib.

Baş nazir deyib ki, Qarabağın ermənilərin nəzarətində qalan hissəsində Rusiya sülhməramlıları Laçın dəhlizilə, o cümlədən Şuşa rayonunda Ermənistanla fasiləsiz əlaqəni təmin edəcək.

"Rusiya sülhməramlıları təhlükəsizliyi təmin edəcək və Yerevan -Stepanakert əlaqələri etibarlı olacaq. Sülhməramlılar Qarabağın sərhədlərinin təhlükəsizliyini təmin edəcəklər. Sakinlər tezliklə öz doğma evlərinə qayıtmalıdırlar. Ermənistan və Arsax dinc həyata qayıtmaq üçün mümkün olan hər şeyi edəcəklər", - Ermənistan KİV Paşinyandan sitat gətirir.

Qeyd edək ki, bu bəyanat noyabrın 10-da Putin, Əliyev və Paşinyanın imzaladıqları üçtərəfli sazişin mahiyyətinə və ruhuna ziddir, demək olar ki, onun reallaşmasını əngəlləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam