Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

"ERMƏNİSTAN YENİDƏN RAZILAŞMANI POZMAĞA ÇALIŞARSA... " -Çavuşoğlu və Lavrovdan açıqlamalar

"Azərbaycanda özümüzü Vətənimizdəki kimi hiss edirik. Müharibədə qazandığımız qələbə münasibətilə Azərbaycan Prezidentini, Müzəffər Ordunu və Azərbaycan xalqını təbrik edirəm. Mmüharibəni istəyən Ermənistan olmuşdu.

Yenixeber.org: Azərbaycan, Rusiya və Ermənistan arasında atəşkəslə bağlı bəyanat imzalanıb. Bundan əvvəl də 3 dəfə atəşkəs imzalanmışdı. Hamısını da pozan Ermənistan olub. Ermənistan yenidən Qarabağla bağlı razılaşmaları pozmağa çalışsa, yenə zərbə və dərs alacaq. Azərbaycan həmişə məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarı olub. Biz əvvəldən də deyirdik ki, Azərbaycan hansı qərarı qəbul edirsə etsin biz onun yanındayıq", - Çavuşoğlu əlavə edib.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.

O bildirib ki, işğal edilmiş Azərbaycan ərazilərinin tamamı Azərbaycana veriləcək: "Digər tərəfdən, bu razılaşmanın altında Ermənistan rəhbərinin imzası varmı? Var.

Biz daha öncə atəşkəs imzalamışıq, yenə pozarıq desələr, o zaman bədəlini ödəyərlər. Burada Azərbaycan qan tökməyə həvəsli deyil, hər nə qədər himnində “həm qadirik, həm hazırıq” deyirsə, Azərbaycan bu işin sülh yolu ilə çözülməsi üçün çox səbir edib”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Dağlıq Qarabağla bağlı əldə olunmuş razılaşmanı pozmağa cəhdlə bağlı hər hansı əlamət yoxdur.

Onun sözlərinə görə, Moskva əmindir ki, bütün tərəflər Dağlıq Qarabağda Rusiya sülhməramlılarının olmasında maraqlıdır.

S. Lavrov qeyd edib ki, Rusiya Ermənistan müxalifətinin Dağlıq Qarabağla bağlı uğurla əldə edilmiş razılaşma ətrafında necə spekulyasiya etməyə cəhd göstərdiyini görür.

S. Lavrov əmin olduğunu bildirib ki, Ermənistan hökuməti məsuliyyəti dərk edir və Qarabağ üzrə razılaşmaya tam əməl olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam