Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Paşinyan Azərbaycan Ordusu qarşısında diz çökdü -ŞƏRH

Paşinyan Azərbaycan Ordusu qarşısında diz çökdü -  ŞƏRH
Bu gün Ermənistanın məğlubiyyəti rəsmiləşəndən sonra baş nazir Nikol Paşinyan yenə də öz ampluasında qalaraq günahkar axtarışına çıxıb. O, erməni ordusunun pis vəziyyətdə olduğunu dilə gətirərək müharibədən qaçmağın bir yolu olduğunu söyləyib.
Yenixeber.org: “Bu yol isə Qarabağın statusu haqda heç nə danışmadan 5 rayonu Azərbaycana qaytarmaq idi. Belə ağır miras bizə əvvəlki hakimiyyətdən qalmışdı”, - Paşinyan acizanə şəkildə deyib.

Məsələni şərh edən politoloq Tofiq Abbasov deyib ki, ordunun döyüş qabiliyyətinin olmamasını etiraf etmək Nikol üçün biabırçılıq sayılmalıdır:

“Azərbaycan son günə qədər qarşı tərəfə aşkar şəkildə çağırış edirdi ki, gəlin danışıqlara qayıdaq, dil tapaq, kompromislər ətrafında həll yoluna çıxaq. Qoşunlarınız da mərhələli şəkildə geri çəkilsin, döyüşlər dayansın. Amma İrəvan heç bir təklif və tövsiyyəyə məhəl qoymadı. İndi günahı hazırlıqsız ordunun üzərinə atan Nikol Paşinyan zamanında iki dəfə bizdən möhlət istəmişdi. Bunu ölkə başçısı da qeyd edib ki, erməni baş nazir hakimiyyətə gələndən sonra ondan problemin həllini tapmaq üçün müəyyən zaman istədi. Paşinyan Ermənistanın razılığa gəlmək istəməyən hərbi xuntasının nümayəndələri ilə dil tapa bilmədi və gördü ki, əgər o sülh naminə çalışmağa başlasa, hakimiyyətdən gedəcək. Ona görə də öz hakimiyyət hərisliyini boğa bilməyib həmin xuntanın çaldığı havaya oynadı. Sonradan həmin “rəqs” Şuşada içkili şəkildə yallı ilə əvəzləndi ki, indi bu cür hərəkətlərinin əsas qurbanı Paşinyanın özüdür...”



Tofiq Abbasov deyir ki, hazırda Ermənistanın hərbi-siyasi sistemi çöküb. Ermənistan rəhbərləri bu illər ərzində Azərbaycanın hazırlığını, gücünü düzgün qiymətləndirə bilməyiblər.

“Ermənilərin neçə illər ərzində qurduqları hərbi infrastruktur, yeraltı tunellər, bunkerlər də bu ölkənin üzünü ağ edə bilmədi. Halbuki, bütün bu işlərə inanılmaz dərəcədə vəsaitlər cəlb edilmişdi. Ermənilərin başbilənləri elə düşünürdülər ki, hətta nə vaxtsa Azərbaycan hücuma keçsə, heç bir uğur əldə edə bilməyəcək. Amma biz işğalçıları yanıltdıq. Azərbaycan Ermənistandan fərqli olaraq cəbhədə və Ermənistanda baş verən proseslərlə bağlı dolğun məlumatlara malik idi. Biz bilirdik ki, həmin maneələri, səddləri necə keçmək, yeni döyüş qaydalarını, yeni müharibə taktikalarını necə tətbiq etmək lazımdır. Bütün potensialımızı səfərbər etməklə istənilən hiləgər hərbi infrastrukturu darmadağın etdik. Siçovul kimi yerin altında qurduqları tunellərdən tutmuş, yerüstü postlarına qədər hər bir güvəndikləri müdafiyə sistemini məhv etdik. Biz onlardan fərqli olaraq səmadan əsl şahinlər kimi döyüşüb qələbə qazandıq”.

Politoloq onu da vurğulayıb ki, əslində erməni ordusu bu illər ərzində pis hazırlaşmamışdı. Amma bu arxayın hazırlıq idi. Paşinyan hakimiyyəti ermənilərin 90-cı illərin əvvəllərində Azərbaycandakı xaosdan istifadə edib müvəqqəti uğurlar əldə etmələrinin əbədi olacağını düşünürdü:

“Hesab edirdilr ki, Azərbayacana öz istəklərini diqtə edəcəklər və ölkəmiz bununla razılaşacaq. Amma Azərbaycan göstərdi ki, son illərdə olan təhqiramiz davranışlara dözməyəcək. Ali Baş Komandan bu illər ərzində ciddi şəkildə hazırlıq işləri apardı, müdafiə potensialımızı gücləndirdi. Ordumuz çoxlu sayda təlimlərə qatıldı, gəncərimizin döyüş qabiliyyəti artırıldı. Biz son 40 gündə bütün bu hazırlıqların nəticəsini gördük. Ermənistan artıq məğlub ölkə kimi tarixə düşdü. Onun fərsiz, siyasətdən anlayışı olmayan baş naziri isə xalqa sözün düzünü deməyi rəva bilmədi. Bu günlərdə Paşinyan hakimiyyəti ermənilərdən real vəziyyəti gizlin saxladı, mənasız yerə yüzlərlə gənci PUA-larımızın qabağına ölümə göndərdi”.

Ekspertin fikrincə, gələcəkdə ola bilsin ki, ermənilər Paşinyandan sonra da hansısa diversiya hərəkətləri, terror aktları ilə qisasçılığı davam etdirsinlər. Amma bu cür davranışın axırı görünmür: “Paşinyanın Ermənistanı artıq məğlub tərəfdir və nə qədər çox aqressiya sərgiləsələr, bir o qədər də artıq itirəcəklər. Ona görə də, İrəvanda baş verənlər və cəbhədəki hadisələr bu xalqa ciddi dərs olmalıdır. Artıq İrəvanda siyasi proseslər, acıqlı xalqın davranışları idarəolunmaz həddə çatıb. İctimai-siyasi böhran dərinləşib. Demək olar ki, Paşinyan ölkədə olan vəziyyətə nəzarəti tam itirdi. İndi onun sözləri, vədləri, səsləndirdiyi şüarların hamısı sadə ermənilər üçün sabun köpüyündən başqa bir şey olmayacaq. Nikol gördü ki, tam gücsüz hala gəldi, dizini yerə qoyur, ordumuz qarşısında tab gətirə bilmir, erməni hərbçiləri artıq güllə səsi eşidən kimi mövqeləri qoyub qaçır, özü də geri addım atmağa başladı. Azərbaycan işğalçı ölkəyə daha nələr etmədi ki? Nikolun ordusunun yüzlərlə texnikasını məhv etdik. Heç bir texnikanı müdafiə edə bilmədilər, hansısa hava hücumundan müdafiə qurğusu işə yaramadı. Erməni ordusunun şəxsi heyətində o qədər ciddi itkilər yaratdıq ki, son günlərdə gündəlik itkiləri belə elan etməyi dayandırdılar. Ölkəni iqtisadi uçuruma yuvarladıq, sosial partlayış son həddə çatdı. Paşinyan bundan sonra hansı havanı çalsa da, xalq onu dinləməyəcək. Günahı keçmiş iqtidarın çiyininə qoymur, lap hansısa telefonuna cavab verməyən dünya liderinin üzərinə atsın. Artıq dünya real durumu gördü, Nikolun günahı da ortadadır. Ermənistan məğlub ölkə kimi tarixə düşəcək. Vəssəlam!”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam