Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Bir aylıq canı olan Ermənistan -Ordumuz sonadək gedəcək!

 İlham Əliyevdən işğalçının havadarlarına kritik ismarış; amerikalı politoloq: “Azərbaycanın uğuru təkcə pilotsuz təyyarələrlə bağlı deyil”; xarici KİV: “Paşinyan  ölkəsini uçuruma aparır...”

Yenixeber.org: Ermənistanın işğalçı ordusunun heç bir aylıq canı yox imiş. Əslində bu da çoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışlarında dediyi kimi, Ermənistana zaman-zaman silah-sursat verilməsəydi (çox vaxt həm də havayı!) heç müharibəyə ehtiyac qalmazdı. Qarabağ məsələsi dinc yolla, ədalətli şəkildə öz həllini tapardı.

Aydındır ki, iqtisadiyyatı xroniki tənəzzül keçirən 2 milyonluq yoxsul Ermənistanın imkanlı, müasir orduya sahib 10 milyonluq Azərbaycana qarşı dayanmaq gücü yoxdur. Əfsus ki, təcavüzkar ölkəni üstümüzə qısqırdan bəzi dövlətlər bu reallığı vaxtında nəzərə almadılar. Düşünmədilər ki, nə qədər silah-sursat verilsə də, sınıq-salxaq erməni ordusu dünyanın 52 güclü ordusundan biri sayılan Azərbaycan Silahlı Qüvvələrinə qarşı savaşda uzunmüddətli müharibədə tab gətirmək gücündə olmayacaq.

*****

Elə də oldu. Müharibədən bircə ay keçib, artıq düşmən ölkə rəhbərliyinin xilas üçün döymədiyi qapı qalmayıb, ön cəbhədəki olan-qalan erməni birləşmələri yeməyə ərzaq, geyməyə paltar tapmır, de-moralizə olunub. Ən önəmlisi, onlar başlı-başına buraxılıb və qaçış ovqatındadır. Çünki nəinki yerli komandanlıq, ümumən Ermənistanın hərbi-siyasi rəhbərliyi öz başını itirib. Bu da növbəti ilginc fakt.

Məlumatlara görə, Ermənistanın hərbi komandanlığı tələm-tələsik könüllülərdən ibarət qruplara üz tutur və bir çox hallarda da könüllüləri cəbhə xəttinə ərzaq, sursat və silahsız gətirirlər. Belə ki, sosial şəbəkələrdə erməni hərbçilərinin növbəti qrupunun haradasa cəbhə xəttinə atıldığı və komandanlıqsız qaldığını əks etdirən yeni kadrlar yayılıb. Görüntüləri lentə alan erməni hərbçi ordudakı pərakəndəlikdən danışaraq deyir: “Baxın, ay millət, artıq üçüncü gündür. Bunlar Armavir və digər vilayətlərdən gələnlərdir. Üç gündür yağışın altındayıq. Nə yemək var, nə də adam. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin silahları götürək düşək aşağı - hərbi hissəyə. Belə yerdə qalmaq olar?”

Oxu.az - Yolu azaraq düşmən tərəfinə keçən Azərbaycan əsgəri şəhid oldu

Paşinyan-Tonoyan cinayətkar cütlüyünün cəmi bir ay öncə təriflədiyi, Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələdiyi erməni ordusu indi bütün cəbhə boyu bu gündədir. Son vaxtlar Rusiyadan, bir sıra başqa ölkələrdən Ermənistana qaçaqmal yolu ilə (təkcə qaçaqmalmı?) silah-sursat daşınmasına baxmayaraq, vəziyyət dəyişmir. Dəyişməyəcək də. Ona görə ki, işğalçı ordu məğlubiyyətə məhkumdur və bunu artıq anlayıb. Vətən müharibəsi aparan Azərbaycan xalqı isə yalnız qələbəyə köklənib, qələbə naminə, Qarabağ məsələsini həmişəlik bitirmək naminə aşağıdan-yuxarı bir nəfər kimi Ali Baş Komandanın ətrafında birləşib, səfərbər olunub.

Baki ve İrevan arasinda konsensus var – Pasinyan - Musavat.az

*****

Odur ki, gözlənilən bu böyük qələbəyə indi sağdan-soldan çamur atmağa cəhdlər edilir. Guya Azərbaycana Türkiyə hərbi dəstək verir, hansısa mifik muzdlu dəstələrdən israrla bəhs olunur. Halbuki silah-sursatdan tutmuş, muzdlu-terrorçuların göndərilməsinədək gerçək hərbi köməyin Ermənistana edildiyi gün kimi ortadadır. Bunu İlham Əliyev son çıxışlarında bir daha faktlarla, dönə-dönə ortaya qoydu.

“Axı biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə, oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar”.

Carçı TV | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da  İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib

Bu sözləri Azərbaycan Prezidenti oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində söyləyib.

“Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib”.

Bunu da Prezident İtaliya telekanalına müsahibəsində söyləyib.

Eyni gündə xalqa etdiyi müraciətində İlham Əliyev Türkiyənin F-16 qırıcıları ilə bağlı iddialara belə cavab vermişdi: “Bir ay ərzində, demək olar, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-sı nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam, gedin açın da, peykiniz var da, görmürsünüz nə edirlər? Gedin baxın da, F-16 nə edir: havadadır ya yerdədir. Hər kəs bilir ki, yerdədir və təlimlər üçün gəlib. Müharibə başlayandan qalıb. Türkiyə, qardaşlarımız onu mənəvi dəstək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar”.

Prezident: Onlar düz iki dəqiqə sonra atəşkəsi pozdular | No Comment

Şübhə yox ki, son cümlə Azərbaycanı təkləməyi ürəyindən keçirən və işğalçı Ermənistanı hər cür hiylə ilə əlimizdən almaq istəyən, halal qələbəmizə haram qatmağa çalışan çevrələrə, konkret dövlət(lər)ə ən yüksək səvıyyədə göndərilən açıq xəbərdarlıqdır.

Prezident onu da deyib ki, Nikol Paşinyan və dəstəsi kapitulyasiyanı qəbul eləməsə, Azərbaycan Ordusu heç nəyə baxmadan axıradək gedəcək. Bu da Ermənistanın himayədarlarını bir daha götür-qoy etməyə və reallığa uyğun qərar verməyə dəvət edən son mesaj.

Başqa sözlə, Ermənistanı xilas ütmək istəyənlər anlamaldırlar ki, bu xilas Azərbaycanı hansı yolla olur-olsun, dayandırmaqdan yox, nə qədər gec deyil, İrəvana hərbi məğlubiyyəti qəbul etdirməkdəın keçir. Heç olmasa, əlavə yüzlərlə ermənin həyatını xilas eləmək naminə...       

*****

“İrəvan anlamalıdır ki, bundan sonra Azərbaycan ikiqat güclə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasına çalışacaq”.

Bu barədə ABŞ dövlət katibinin sabiq müşaviri və postsovet məkanı üzrə ekspert Pol Qobl “Kavkazskiy uzel” agentliyinə verdiyi müsahibəsində bildirib.

Pol Qobl: “Rusiya heç kimin qalib gəlməsini istəmir” | KONKRET

Pol Qobl

O, Azərbaycanın uğurlarını yalnız pilotsuz təyyarələrin istifadəsi ilə əlaqələndirmədiyini söyləyib. “Əlbəttə ki, pilotsuz təyyarələr Azərbaycana kömək etdi. Ancaq bunlar ölkənin uğurunu izah etmir. Uğurun səbəbi Azərbaycan ordusunun digər silah növlərindədir, hazırlığındadır və zabit ilə əsgərlərin münasibətindədir. Onlar qüvvələr nisbətini dəyişdirməyin mümkün olduğunu bilirlər və bu şansı itirmək niyyətində deyillər” - Qobl qeyd edib.

“Bir ay davam edən müharibə Ermənistan ordusunun çarəsizliyini və açıq-aşkar yararsızlığını göstərdi. Döyüş meydanındakı hərbi uğursuzluqlar hər gün Ermənistanın hərbi-siyasi rəhbərliyinin sonunu yaxınlaşdırır”.

Bu barədə isə SMİ 6.ru internet portalında yayımlanan məqalədə deyilir.

“Baş nazir Nikol Paşinyanın təxribatları səbəbindən başlayan qarşıdurma ölkəni hər gün uçuruma aparır. Ermənistanda uğursuzluğa görə ölkə rəhbərliyindən artıq izahat tələb edir” - məqalədə bildirilir.

Hərbi ekspertlərin fikrincə, Ermənistanın həm əvvəlki, həm də indiki bütün liderləri solğun və inamsız görünür: “Sosial media istifadəçiləri isə Ermənistan ordusunun xlamdan istifadə etdiyi qənaətinə gəlirlər və yeni hökumət dövründə alınan silahların Qarabağdakı döyüşlərdə təsirli olmadığını deyirlər. Ermənistan ordusunun itkiləri o dərəcəyə çatır ki, artıq qadınlar və yetkinlik yaşına çatmayanlar da ora cəlb olunmağa başlayıb. İnternetdə bununla bağlı çoxsaylı dəlillər var”.

Yada alman yeniyetmələri orduya zorla cəlb edən faşist Almaniyasının son günləri düşür. Uşaqların və qadınların ümidinə qalan işğalçı ordular iflasa məhkumdur!..
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam