Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bjezinski Obamaya Rusiyanı aşağılamamağı məsləhət görür

 

«Bu, elə bir formul olmalıdır ki…»

"Xeberinfo.com":  Sanksiyalardan danışmaq və Rusiyanın Ukraynaya yönəlik siyasətini müzakirə etmək əvəzinə, Barak Obama elə bir həll yolu işləyib hazırlamalıdır ki, o, «hər iki tərəf üçün məqbul və əhatəli» olsun. Bu fikri amerikalı siyasi xadim, prezident Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Zbiqnev Bjezinski «The Times» nəşrinə verdiyi müsahibədə səsləndirib.(Ria Novosti)

Siyasətçinin fikrincə, nə qədər ki, Ukraynada atəşkəsin dayandırılması üçün real imkanlar qalır, Vaşinqton anti-Rusiya ritorikasından «çəkinməli» və tənzimləmənin elə bir formasını işləyib hazırlamalıdır ki, həmin format daxilində ABŞ-ın və Rusiyanın «bəzi maraqları» birlikdə məqbul sayılsın.

Ardınca Bjezinski fikrini dəqiqləşdirməyə çalışır: «Bu, elə bir formul olmalıdır ki, onun daxilində Ukrayna Avropa Birliyinə doğru addımlaya bilsin, Rusiya isə NATO-dan zəmanət alsın ki, Kiyevin alyansa qəbulu məsələsinə baxılmayacaq…»

Eks-müşavir müsahibəni aşağıdakı fikirlə tamamlayıb: «Biz (ABŞ – red.) kifayət qədər yumşaq – nümayişkəranə aşağılama cəhdlərindən kənar formada Putinə deməliyik ki, əgər o, hərbi aktivliyi davam etdirsə, bizim Ukraynaya silah verməkdən başqa heç bir siyasi və ya qeyri-siyasi seçimimiz qalmayacaq».

“AzPolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam