Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli Kərimli və Bjezinski Azərbaycan hakimiyyətinə qarşı anlaşdı -ŞOK İDDİA

 

Rahim Hacıyev, Arif Məmmədov və Qənimət Zahid Yan Bjezinski ilə nələri müzakirə ediblər?
Xeberinfo.com:  Yaxın zamanlarda Zbiqnev Bjezinskinin qızı Mika Bjezinski vasitəsilə Qərb mediasına Azərbaycan hakimiyyətinin əleyhinə olan kompromatlat ötürülə bilər.
"Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini, hazırda Avropada olan Rahim Hacıyev, keçmiş diplomat Arif Məmmədov və "Turan TV"nin rəhbəri Qənimət Zahidin də iştirakı ilə sabiq ABŞ prezidenti Cimmi Karterin dövründə milli təhlükəsizlik məsələləri üzrə köməkçi olmuş, məhşur politoloq  Zbiqnev Bjezinskinin oğlu "ABŞ Atlantik Şurası"nın strateji məsləhətçisi və baş elmi əməkdaşı olan Yan Bjezinski ilə Brüseldə görüşü baş tutub. 
Bu barədə AzToday.az-a Avropadakı mənbələrdən daxil olan məlumatlarda bildirilir. İki saatdan çox çəkən görüşdə Azərbaycanda yeni ictimai fikir formalaşdırmaq və ölkədəki siyasi vəziyyət müzakirə edilib. 
Məlumata görə, görüşə Bakıdan Skype vasitəsilə AXCP sədri Əli Kərimli də qatılıb. Maraqlısı odur ki, görüşdə Azərbaycanı və onun rəhbərliyinə qarşı mütəmadi tənqidi materialların dərc edilməsi, ölkədəki sabitliyi pozmaq cəhdləri üçün maliyyə ayıran təşkilatların köməkliyi vacib vurğulanıb. 
Mənbə iddia edir ki, ötən ay Bakıdan Fransaya yola düşən Rahim Hacıyev hakimiyyətin nüfuzlu şəxsləri barədə müxtəlif səpkili kompromatları özü ilə apara bilib. Bura gizli video çəkilişlər də daxildir. Çox güman ki, yaxın zamanlarda Yan Bjezinskinin bacısı Mika Bjezinski vasitəsilə Qərb mediasına Azərbaycan hakimiyyətinin əleyhinə olan kompromatlat ötürülə bilər.
Qeyd edək ki, məhşur politoloq  Zbiqnev Bjezinskinin kiçik övladı Mika Bjezinski ABŞ-ın bir çox tanınmış telekanallarında çalışıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam