Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ukraynadan sonra növbədə Azərbaycan, Moldova və Gürcüstan ola bilər”

 

“Rusiya prezidenti Vladimir Putin aqressiv siyasətini çətin ki, Ukraynaya hücumla yekunlaşdırsın. Onun növbəti hədəfləri Baltik ölkələri, Moldova, Gürcüstan, Azərbaycan və Polşa ola bilər”.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə ABŞ prezidentinin keçmiş müşaviri Zbiqnev Bjezinski bəyan edib.

“Mən peyğəmbərlik eləmək və qara ssenarilər proqnozlaşdırmaq istəmirəm, ancaq risk var ki, əslində Rusiyanın təcavüzü Ukrayna ilə yekunlaşmayacaq. Putinin ardıcıl olaraq seçdiyi yolun analizi bunu təsdiq edir”- deyə Bjezinski bildirir.

Məşhur politoloqun sözlərinə görə, hadisələrin sonrakı inkişafı Ukraynadakı münaqişənin necə keçməsindən asılı olacaq: “Əgər Ukraynadakı müharibə Rusiyanın asan hərbi qələbəsi olacaqsa, o zaman Baltik ölkələrində də nəsə baş verəcəyini diqqətə almaq lazımdır. Növbəti qaynar nöqtələr Moldova, Gürcüstan və Azərbaycanda yarana bilər”.

ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşavirinin fikrincə bu ölkələrdən sonra növbə Polşaya çata bilər. Bjezinski deyib ki, Rusiya hazırda ekspansiv siyasət yürüdür və hər bir ssenari realdır.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam