Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Putinin 3 çıxış yolu var…”

 

“Üç ay öncə Dövlət Dumasında çıxış edəndə daha böyük, uzunmüddətli strateji sonuclar barədə fikirləşmək Putinin ağlına yəqin ki, gəlməzdi”. 
"Xeberinfo.com": Məlumata görə, bu sözlər ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi, nüfuzlu politoloq və sovetoloq Zbiqnev Bzejinskninin “The Washington Post” qəzetindəki məqaləsindəndir.
Politoloqa görə, hazırda Putinin qarşısında üç variantdan ibarət çıxış yolu var: 
1-ci variant: Ukraynaya münasibətdə kompromis yolu tutmaq. 
Rusiya Ukraynadakı daxili durumu qarışdırmaq cəhdindən əl çəkir, müdaxilə ehtimalını tam aradan qaldırır, Qərblə Şərq isə anlaşma əldə edir ki, Rusiya Ukraynanın Avropa Birliyinə üzvlüyünə doğru tədrici hərəkəti ilə xəfifcə barışır. Eyni zamanda izah eləmək lazımdır ki, Ukrayna NATO-ya can atmır, Qərb isə onun alyansa qəbulu məsələsinə baxmır. Rusiya bu layihəyə görə əsaslı diskomfort hiss edir. Beynəlxalq birlik isə belə bir sonucu və Rusiya ilə daha normal əlaqələrin qurulmasını, o cümlədən sanksiyaların götürülməsini bəyənə bilərdi. 
2-ci variant: Güclə gizlədilən hərbi müdaxiləyə sponsorluğu davam etdirmək. 
O zaman Qərb uzunmüddətli və həqiqi mənada ağrılı sanksiyaları tətbiq etmək zorunda qalacaq. Nəticədə ümidsiz şəkildə iki ölkə “xəstələnəcək”: Ukrayna (Rusiyanın destruktiv hərəkətlərinə üzündən) və Rusiya.
3-cü variant: Ukraynaya müdaxilə eləmək. 
O halda, Kreml Ukrayna əhalisinin permanent düşmənçiliyini qazanacaq. Eyni zamanda getdikcə öz daxilindəki narazılıqlar artan Rusiyanın iqtisadi-siyasi təcridinə gətirəcək.
Bzejinskiyə görə, Kreml üçün ən optimalı Ukrayna ilə kompromislər tapmaq yoludur. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam