Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Terrorda əli olan Qarabağ erməniləri – İşğaldan sonra onları nə gözləyir?

 

Terrorda əli olan Qarabağ erməniləri – İşğaldan sonra onları nə gözləyir?

 

Yenixeber.org: Bunu saytımıza açıqlamasında bu sözləri torpaqlarımız düşmən tapdağından azad edildikdən sonra Dağlıq Qarabağda yaşayan, ancaq müharibə cinayətləri və terror aktı törədən erməni əsilli Azərbaycan vətəndaşlarına qarşı münasibətin necə olacağı barədə sualı cavablandırarkən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

 

Hüquqşünas qeyd edib ki, kimsə Azərbaycana qarşı müharibədə iştirak edibsə, birmənalı olaraq cəzalandırılacaq, məsuliyyətə cəlb ediləcək:

 

 

 

 

"Cinayət törədənlərə qarşı münasibətdə bunun başqa alternativi yoxdur. Azərbaycan ərazisində qanunsuz silahlı fəaliyyət göstərən, terrora yol verən hər bir şəxs, onun əməli müəyyənləşdiriləcəksə, mütləq mənada məsuliyyətə cəlb olunacaq. Bu bütün dünyada belədir. Müharibə cinayətlərinə görə onu törədənlər cavab verməlidir”.

 

Ə. Nuriyev bildirdi ki, müharibə cinayətlərinə görə məsuliyyət müddətin nə qədər keçməsindən asılı olmayaraq qüvvədədir:

"Cinayət qanunvericiliyində bəzi normalar var ki, ona görə bəzi cinayətlərlə bağlı müəyyən müddət keçəndən sonra həmin işlə bağlı cinayət məsuliyyəti bitir. Amma müharibə və bəşəriyyət əleyhinə olan cinayətlərdə belə bir müddət yoxdur. Bu cinayəti törədənlər hər zaman, hətta üstündən 50-60 il keçəndən sonra da məsuliyyətə cəlb olunacaq. Bu ümumiyyətlə qanunvericiliyin tələbidir”.

 

 

"Cinayətkarın erməni və yaxud türk olması heç nəyi dəyişməz”.

 

 

Bunu isə sayta açıqlamasında hüquqşünas Ələsgər Əhmədoğlu deyib: 

"İstənilən Azərbaycan vətəndaşı cinayət törədəndə hansı nəticə ilə qarşılaşırsa bu halda da belə olacaq. Cinayətkarın etnik mənsubiyyətindən asılı olamayaraq nəticə dəyişmir. Bu məsuliyyət burada yaşayanlara da, daha öncə orada olub hansısa səviyyədə prosesdə iştirak edənlərə də aiddir. Bu məsələdə hansısa bir diskriminativ qorunma mexanizmi ola bilməz.

Konstitusiyanın 25-ci maddəsində deyilir ki, hər kəs qanun qarşısında bərabərdir. Hər kəs deyəndə, cinayətkar Cinayət Məcəlləsinə görə yarğılanmalı, mühakimə olunmalı, məsumdursa azad şəkildə həyatını sürməlidir. Bu zaman cinayətkarın erməni və yaxud türk olması heç nəyi dəyişməz. Qanunda bu hadisələrdən sonra erməni millətindən olduğuna görə cinayətkarları əfv etmək kimi müddəa yoxdur. Qanun bunu nəzərdə tutmur”.(sfera.az) 

Elçin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam