Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Azərbaycanda 16 ay ərzində brakonyerliyə görə- 202 nəfər məsuliyyətə cəlb olunub

Ötən il və bu ilin ilk dörd ayı ərzində brakonyerliyə qarşı mübarizə çərçivəsində cinayət və inzibati xəta törətdiklərinə görə 202 nəfər məsuliyyətə cəlb olunub.

Yenixeber.org: Bunu Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.

Onun sözlərinə görə, ekoloji cinayətkarlığa, brakonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində ötən il və bu ilin 4 ayı ərzində İdarənin İstintaq bölməsində 197 cinayət işinin araşdırılması aparılıb, əməkdaşlar ekoloji hüquqpozmalar sahəsində 131 inzibati xəta faktı aşkar edib.

E.Süleymanov bildirib ki, cinayət və inzibati xəta törətdiklərinə görə məsuliyyətə cəlb olunan 202 nəfərdən qanunsuz balıqovlamada istifadə olunan 101 ədəd qayıq, 424 tor, 32 mühərrik və başqa ov vasitələri, 16 ton 919 kq müxtəlif növ balıq, 2 min 662 ədəd krivet və digər su bioresursları götürülüb. Cinayət hadisələri nəticəsində təbiətə 56 min manat ziyan vurulub, inzibati xəta faktları törədənlər 11 min manat cərimə ediliblər. Bu ilin 4 ayı ərzində 72 qanunsuz balıqovlama, 2 qanunsuz ovetmə cinayət faktları tapılıb, bu sahədə 48 inzibati xəta faktı aşkar edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam