Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“MTN-lə qanunsuz əməkdaşlıq edənlər cəzalandırılmalıdır”

Müzəffər Baxışov: “Media, məhkəmə və prokurorluq əməkdaşları arasında pula satılanlar olub”

Xeberinfo.com:  “MTN işi ilə bağlı yalnız bu qurumun əməkdaşları deyil, həm də digər qurumların bəzi əməkdaşları, məhkəmə və prokurorluq sistemində çalışan müəyyən şəxslər, pula satılan jurnalistlər, hal şahidləri və s.-nin məsuliyyətə cəlb olunması zəruridir. Çünki onlar bu cinayətlərin törədilməsində iştirak edən insanlardır”.
Bunu hüquqşünas Müzəffər Baxışov bildirib. Lakin hüquqşünas hesab edir ki, bnunun baş verməsi üçün Prezident Administrasiyasının (PA) göstərişi lazımdır:
“Təəssüflər olsun ki, Azərbaycanda yalnız konkret şəxslər barəsində göstəriş verilir və bu göstərişdən sonra onlar cinayət məsuliyyətinə cəlb edilir. Ictimaiyyətə isə baş verənləri belə təqdim edirlər ki, MTN-də baş verən cinayətlərlə bağlı müvafiq şəxslər məsuliyyətə cəlb edilib.
Azərbaycanda cinayət törədən şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi Prezident Administrasiyasının nəzarəti altındadır. MTN tərəfindən əsassız olaraq həbs edilən, ittiham aktları prokurorlar tərəfindən təsdiqlənən bir çox şəxsin işi məhkəməyə göndərilib və məhkəmədə onların barəsində əsasız qərarlar qəbul edilib. Şəxsən mənə bir Azərbaycan vətəndaşı olaraq hansı şəxslərin qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi bəllidir. Lakin nə qədər ki, Prezident Administrasiyası tərəfindən MTN-lə qanunsuz əməkdaşlıq edən jurnalistlərin, hakimlərin və s.-nin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı göstəriş verilməyəcək, kimsə məsuliyyətə cəlb edilib cəzalandırılmayacaq”. (Moderator.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam