Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

LAVROV-QAFAROVA GÖRÜŞÜNDƏ QALMAQAL –Erməni mətbuatının son Moskva danışıqları barədə şərhi

“Lragir” (Ermənistan),

23.09.2020

 

Yenixeber.org: Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 23-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb və regional təhlükəsizlik məsələləri, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə edilib.

Azərbaycan parlamentinin mətbuat xidməti Rusiya Xarici İşlər Nazirliyinin başçısının guya “Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı açıqlamalarının münaqişənin həlli prosesinə mane olduğunu” bildirən məlumat yayıb.

Press-relizdə Lavrova aid edilən aşağıdakı cümlə də var idi: “Bu rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prossesində işğal olunmuş 5 rayonun geri qaytarılması, əraziyə sülhməramlıların yerləşdirilməsi və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanın Sergey Lavrova aid etdiyi açıqlamaları şərh edərkən, başqa şərhlərə deyil, yalnız Moskvanın mövqeyinə diqqət yetirməyə çağırıb.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına gəlincə, Zaxarovanın sözlərinə görə, bu gün Lavrovun Azərbaycan tərəfi ilə görüşü zamanı münaqişənin həllinin əvvəllər səsləndirilən əsas prinsipləri, o cümlədən “Dağlıq Qarabağın status məsələlərinin həlli, eləcə də ətrafındakı ərazilərin azad edilməsi” müzakirə edilib.

Zaxarova Qarabağın statusu məsələsini xatırlatsa da, rəsmi hesabatda bundan bəhs edilmir. Eyni zamanda, Zaxarova, əslində, Lavrovun Paşinyanla bağlı dediklərini təkzib etmir. Lavrov buna bənzər bir şey söyləyib, yoxsa onu naqolay bir vəziyyətə gətirməyə qərar veriblər, rəsmi bir təkzib veriləcək, yoxsa məsələ unudulacaq?

Yadınızdadırsa, Azərbaycanın yeni təyin olunmuş xarici işlər naziri ilə görüşməzdən əvvəl Lavrov Tavuş (Tovuz) hadisələrində günahı erməni tərəfinin üzərinə qoyaraq ona xoş gəlməyə qərar verib.

“Müxalifətçi” erməni dairələri Bakının Ermənistanın danışıqları pozması tezisini təkrarlayırlar. Göründüyü kimi, bu, Lavrov və Qafarova görüşü üçün müsbət bir zəmin yaratmalı idi.

On ildən çoxdur ki, Qarabağda daima unudulmaz planını həyata keçirmək yolunda Lavrov vaxtaşırı Moskvanın “bərabərlik siyasəti” ilə özünü qalmaqalların mərkəzinə gətirir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam