Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Toyuq videosu” Azərbaycanda çəkildi, Türkiyə hökuməti qərar verdi

 

Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan və broyler toyuqlarının süni yolla, iynə vurmaqla şişirdilməsini əks etdirənvidoegörüntülər Azərbaycanda ciddi rezonans doğurdu.

"Xeberinfo.com":  Mətbuat bu videokadrları ciddi müzakirəyə çıxardı. Sosial şəbəkələrdə belə toyuqları almamağa çağırışlar səsləndi. Bunun müəyyən nəticəsi də oldu. Bəzi işbazların insan sağlamlığı ilə necə oynadığını əks etdirən bu videokadrlara ciddi etirazlar oldu. Azərbaycanda vəziyyət hətta o yerə gəlib çıxdı ki, insanlar broyler toyuqlarını almaqdan imtina etdilər. Ekspertlər bu videokadrların yerli toyuq əti bazarına ciddi şəkildə mənfi təsir etdiyini söylədilər.

Respublika Quşçular Cəmiyyətinin rəhbəri Aydın Vəliyev bundan bir neçə gün sonra -  fevralın 18-də aparıcı broyler fabrikləri rəhbərlərinin iştirakı təcili mətbuat konfransı da keçirdi.

Broyler rəhbərləri and-aman elədilər ki, bu videokadrlar Azərbaycanda çəkilməyib və onlar toyuqları bu cür şişirtmirlər.

Lakin videoda danışan şəxslərin azərbaycanlı olduğu açıq-aydın bilinir. Sifətləri kadrlara düşməyən həmin şəxslər sırf azərbaycanca danışırlar.

Videogörüntünü çəkən, lakin adının açıqlanmasını istəməyən şəxs də bu videonun Azərbaycanda çəkildiyini təsdiqləyib.

Maraqlıdır ki, bu videogörüntü Azərbaycan mətbuatı ilə yanaşı Türkiyə mətbuatının da gündəmini zəbt etdi. Qonşu ölkədə hətta rəsmi səviyyədə reaksiya da verilib.

Virtualaz.org saytı xəbər verir ki, Türkiyə hökuməti də bu istiqamətdə işlər görməyə başlayıb. Belə ki, Türkiyədə marketlərdə qabsız və satış üçün icazəsi olmayan toyuqların satışı bu gündən etibarən qadağan edilib.

Türkiyənin Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi artıq bu qadağanın rəsmən tətbiq edilməsinə də başlayıb. Həmin qadağaya əsasən bundan sonra toyuqların hissələrə bölünərək satılması da mümkün olmayacaq. Toyuqlar istehlakçıya yalnız bütöv şəkildə təklif ediləcək.

Türkiyənin “Milliyet” qəzetinin yazdığına görə, Türkiyə Qablaşdırma Sənayeçiləri Dərnəyinin sədri Sadətdin Qorqud deyib ki, qablaşdırma sektorunun sürətlə inkişaf etdirilməsi istehlakçıların hüquqlarının qorunmasına öz töhfəsini verəcək. Sədr deyib ki, qablaşdırmanın tətbiq edilməsi alıcıların satıcılara etimadını da artıracaq.

Xəbərə görə, toyuq məhsullarının - içalatın, ayrı-ayrı hissələrinin, farşın da satılması mümkün olmayacaq. Əgər alıcı istəyərsə, toyuğun hansısa bir hissəini ala bilər.

Azərbaycanda çəkilən “toyuq şişirtmə” videosu türk KİV-lərinin xəbərində oxuculara “İnsan sağlamlığı ilə belə oynayırlar” başlığı ilə təqdim olunub.

Lakin Azərbaycanda broyer fabriki sahibləri hələ də bu videonun başqa bir ölkədə çəkildiyini iddia edirlər. Respublika Quşçular Cəmiyyətinin rəhbərliyi də onları dəstəkləyərək mətbuat qarşısına çıxır və insanları inandırmağa çalışır ki, Azərbaycanda belə şey mümkün deyil...

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam