Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Səməd Seyidov -hesabat verdi

Səməd Seyidov hesabat verdi
Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi payız sessiyasında ilk iclasına toplaşıb.
Yenixeber.org: Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitənin sədri Səməd Seyidov Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edib, VI çağırış dövründə parlamentdə aparılan islahatları təqdir edib.

Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın ilk rəsmi səfərinin başa çatdığını bildirib. Vurğulayıb ki, xanım Spiker Azərbaycanda mövcud olan ənənəyə əsasən, ilk rəsmi səfərinə Türkiyədən başlayıb. Sahibə Qafarovanın qardaş ölkənin Prezidenti R.T.Ərdoğanla, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla, nazirlərlə və bir sıra digər rəsmilərlə görüşləri göstərib ki, Azərbaycan-Türkiyə əlaqələri ən yüksək müstəvidədir.



Sonra iclasda gündəlik barədə məlumat verən Səməd Seyidov öncə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 6 iclası keçirilib, 22 məsələyə baxılıb, onlardan 20-si Milli Məclisin müzakirəsinə tövsiyə olunub. Həmin məsələlər arasında qardaş Türkiyə ilə, Bolqarıstan, İtaliya, Türkmənistan və digər ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edən sazişləri xüsusi qeyd etmək olar.

Səməd Seyidov qeyd edib ki, sessiyalar dövründə komitə üzvləri parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində böyük fəallıqla çalışıblar. Baş verən ictimai-siyasi proseslərlə, iyul ayında Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribatla əlaqədar həm ölkə mətbuatında, həm xarici mətbuatda hadisələrin mahiyyətini açıb göstərən məqalələrlə çıxış ediblər. Sosial şəbəkələrdə mühüm məlumatlar yerləşdiriblər; beynəlxalq təşkilatlarla, xarici ölkələrin parlamentarları ilə zəruri yazışmalar apararaq Tovuz rayonundakı sərhəddə ermənilərin təxribatçı hücumlarının əsl mahiyyətini açıqlayıblar. Təsadüfi deyil ki, yaz və növbədənkənar sessiyalar dövründə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə 2 min 429 müraciət daxil olub və bunların hamısı cavablandırılıb. Pandemiya şəraitinə baxmayaraq komitə üzvləri seçicilərlə müntəzəm əlaqə saxlayıb, görüşlər keçiriblər. COVİD-19-la əlaqədar yaranmış vəziyyətdə yerlərə səfər edərək daim seçicilərin yanında olub, maarifləndirmə işləri aparıb, lazımi köməklik göstəriblər.



Məlumat dinlənildikdən sonra deputatlar hesabatı məqbul sayıblar və komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planını təsdiqləyiblər. Sonra komitə sədri “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsini şərh edib. Deputatlar bu qanun layihəsini də plenar iclasa tövsiyə ediblər.

Komitənin iclasında cari məsələlərə baxılıb. Aparılan fikir mübadiləsində komitənin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Asim Mollazadə, Elman Nəsirov, Kamran Bayramov, Rasim Musabəyov, Sabir Rüstəmxanlı, Sevil Mikayılova, Tural Gəncəliyev, Nəsib Məhəməliyev, Ramil Həsən, Ramin Məmmədov, Sahib Alıyev beynəlxalq təşkilatlarla münasibətlərin daha səmərəli qurulması, xaricdə yaşayan azərbaycanlılarla daha sıx əlaqələrin yaradılması, Ermənistanın işğalçılıq niyyətlərinin və əməllərinin beynəlxalq miqyasda ifşa olunması, Livan ermənilərinin qeyri-qanuni olaraq Dağlıq Qarabağa köçürülməsnin və məskunlaşmasının qarşısının alınması və s. aktual məsələlərə dair rəy və təkliflərini bildiriblər.

İclasın gündəliyində baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam