Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Dolların aqibəti ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar riskini məhdudlaşdırır –TƏHLİL

Dmitri Sikorski

“Ekonomika Segodnya”, 3.09.2020

 

Rusiyaya qarşı sanksiyalarının gücləndirilməsi ehtimalı ABŞ-ın özü üçün birbaşa riskdir.

Yenixeber.org: Rusiya Federasiyasının Dövlət Dumasının Maliyyə bazarı Komitəsinin sədri Anatoli Aksakov belə hesab edir.

Komitə sədrinin “Ekonomika Segodnya” nəşrinə verdiyi açıqlamaya görə, bununla belə, sanksiyaların gücləndirilməsi riski göz ardı edilə bilməz.

Məqalədə daha sonra deyilir:

Son həftələrdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı söhbətlər yayılmağa başlayıb. Səbəb isə avqustun 9-dan etibarən Qərb dövlətləri tərəfindən dəstəklənən iğtişaşların davam etdiyi Belarusdakı vəziyyətlə bağlıdır.

Həm amerikalılar, həm də onun avropalı tərəfdaşları Rusiya və Belarusu sanksiyalarla hədələyirlər. Dünən isə Almaniya kansleri Angela Merkelin Rusiyanın məşhur blogerinin (Navalniy nəzərdə tutulur – Strateq.az) səhhətinin “səbəbləri” haqda bəyanatı vəziyyəti daha da gərginləşdirib.

Bu cür təxribatlar elə-belə törədilmir; onların altında əvvəlcədən hazırlanmış və razılaşdırılmış siyasi qərarlar yatır. Yenə də Rusiyanın SWIFT  ödəniş sistemindən ayrılması və ABŞ dövlət borcunun Rusiya hissəsinə məhdudiyyətlər qoyulması ilə bağlı mövzu ortaya çıxdı. Vaşinqtonda Pekinə qarşı da analoji tövsiyələr gündəmə gətirilir. Əslində bu, ABŞ-ın yeni təhdidi də deyil. ABŞ altı ildir Rusiyaya eyni təhdidlə hədə-qorxu gəlir, amma konkret heç bir tədbirlərə əl atmır – nə Obamanın prezidentliyi dövründə, nə də onun xələfi Trampın müasir hakimiyyəti illərində. Çünki Amerikalılar Moskva ilə Vaşinqton arasındakı münasibətləri iflic vəziyyətinə salaraq dollara zərbə vura biləcək tədbirlərdən çəkinirlər.

VTB-nin rəhbəri Andrey Kostin bir neçə il bundan əvvəl demişdi ki, amerikalılar ölkəmizi SWIFT  sistemindən ayırsalar, Rusiya və ABŞ səfirləri müvafiq olaraq Moskva və Vaşinqtonu tərk etməlidirlər və bu bəyanat onun şəxsi fikri deyil.

Qərb Rusiyaya təzyiqləri davam etdirir, son hadisələri də növbəti təzyiqlərdən hesab etmək lazımdır. Bununla belə Rusiyanın qərbli tərəfdaşlarından yenə də konkret heç nə gözləməyə dəyməz. Burada məsələ Qərbin sanksiya siyasətində nə qədər uzağa getməyə hazır olub-olmamasıdır.

Dumanın Maliyyə bazarı Komitəsinin sədrinin də fikrincə, ABŞ Rusiya Federasiyasının SWIFT -dan ayrılmasına qərar verməyəcək. “Rusiya artıq sanksiya rejiminə uyğunlaşıb. Çünki ABŞ-ın hər dəfə sərtləşdirmə haqqında qərarından sonra valyuta məzənnələrində ciddi tərəddüdlər başlayır, amma vəziyyət yenə də öz başlanğıc halına qayıdır”, – deyə Aksakov bildirir.

İqtisadçı deputatın dediyinə görə, valyuta məsələsində sanksiyalar yox, daha fundamental amillər əsas rol oynayır-bu, neftin qiyməti və iqtisadi konyukturadır.

“Bu baxımdan mən Rusiya iqtisadiyyatı üçün heç bir təhlükə görmürəm. Biz belə şəraitdə çoxdan işləyirik, ona görə də sanksiya daha güclüdür və ya zəifdir – bu kimi məsələlərin böyük əhəmiyyəti yoxdur“, – deyə Aksakov bildirir.

SWIFT -dan çəkilməyə gəldikdə isə Aksakov formal olaraq belə bir təhlükənin mövcudluğunu gizlətmir, amma Rusiyanın buna hazırlaşdığını bildirir. “Amma Rusiya ilə bağlı bu qərarın qəbul ediləcəyinə inanmıram. Bu, SWIFT  sisteminin nüfuzuna böyük bir zərbə olar”, – Aksakov belə düşünür.

Onun fikrincə, Rusiyanın SWIFT -dan arılması dünyanın hər hansı bir ölkəsi ilə bağlı belə bir qərarın qəbul edilməsi ehtimalına yol aça bilər və bu onunla nəticələnər ki, dünyada uzaq 1973-cü ildə yaradılmış bu hesablamalar sisteminə alternativin qızğın axtarışına başlanılar.

Hazırda ABŞ-la Çin arasında böyük sürtünmə gedir. Rusiyanın Avropa İttifaqı ilə böyük ticarət dövriyyəsi var, SWIFT vasitəsi ilə maliyyə mövqelərindən istifadə edir“, – deyə Aksakov bildirir.

Rusiyanın SWIFT-dan uzaqlaşdırılması təkcə onun özünə deyil, həm də bütün Avropa İttifaqına böyük bir zərbə vura bilər.

Aksakov bildirib ki, Avropa ölkələri artıq SWIFT-in alternativi barədə düşünür: “Hazırda üzərində çalışılan bu sistem ABŞ-ın iştirakı olmadan Avropa İttifaqında maliyyə informasiyalarının ötürülməsinin həyata keçirilməsinə imkan verəcək”.

Anatoli Gennadieviçin sözlərinə görə, sanksiyalar pis bir təcrübədir: “İdeoloji və konseptual olaraq onlar adi vətəndaşların əleyhinə deyil, amma praktikada tamamilə əks təzahürlər ortaya çıxır. Sanksiya siyasətinin öz həddi var, buna görə də ABŞ-ın Rusiyaya qarşı SWIFT sistemini dayandırması mümkün deyil.

Amerikalılar öz siyasətlərində dünyada dolların dominantlığı faktorunu nəzərə alırlar. SWIFT çərçivəsində və ya Amerika dövlət borcunun Rusiya hissəsinə qarşı tətbiq olunan sanksiyalar bütün dünyanın gözündə Vaşinqtonu və dolları nüfuzdan salır.

“Amerikalılar sanksiya qərarını qəbul edərkən iqtisadi məqsədləri güdürlər. Burada siyasi arqumentlər yoxdur. Məqsəd Amerika iqtisadiyyatının və Amerika biznesinin maraqlarını digər bazarlarda təşviq etməkdir. Bu, ABŞ-ı maraqlandıran dünya bazarlarında rəqiblərin imkanlarının daralması deməkdir”, – deyə Aksakov qeyd edib.

İqtisadçının fikrincə, ABŞ-ın öz LNG qazının tanıdılması məqsədilə “Şimal Axını-2” yə qarşı sanksiya siyasəti buna bariz nümunədir. Qiymət rəqabətinin olmamasına baxmayaraq, ABŞ-ın bu xammalının alınması həqiqətən də artıb.

“ABŞ-ın sanksiya qərarlarının əsas mənası bundan ibarətdir. Aydındır ki, hansısa qərarlar dünya bazarlarında ABŞ hegemonluğunun aləti kimi dolları zərbə altında qoyursa, o, dayandırılmalıdır. Prinsipcə dünyada dollara təhlükə artır, o cümlədən Vaşinqtonun sanksiya qərarı ilə”,-deyə Aksakov bildirib.

Məhz bu amillərə görə Aksakov Rusiyaya qarşı real sanksiyaların tətbiqini amerikalılar üçün böyük risk hesab edir və onun həyata keçiriləcəyinə inanmır.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam