Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şərqi Ağdənizdə III Dünya Müharibəsi törədilə bilər: Fransa gəmisi Türkiyənin qarşısından niyə qaçdı...

 


 Əgər, Türkiyə əleyhinə hərbi ittifaq savaş seçimi edərsə, bu müharibənin əhatə dairəsi Şərqi Ağdəniz bölgəsi ilə məhdud qalmayaraq, çox-çox kənara çıxa bilər... Bu halda, yalnız Türkiyə və onun hərbi ittifaqdakı düşmənlərinin deyil, ümumiyyətlə, dünyanın bir çox ölkələrinin bu savaşa bulaşmaq ehtimalı tamamilə real görünür...

Yenixeber.org: Dünyada gərginliyin ağırlıq mərkəzi Şərqi Ağdəniz bölgəsinə keçirilmiş kimi görünür. Çünki hazırda Suriya böhranı, İraq problemi və s. kimi məsələlər nisbətən arxa plana keçirilmiş durumdadır.

İndi əsas diqqət Şərqi Ağdəniz bölgəsində yaşanan qarşıdurmaya yönəlib. Belə ki, bu bölgədə mövcud olan qarşıdurma hər ötən gün daha da təhıükəli görüntülər almaqdadır. Xüsusilə də, gərginliyin intensiv şəkildə artmasına paralel olaraq, qarşıdurmanın da amansız və güzəştsiz xarakter almağa başladığı müşahidə edilir.

Təbii ki, belə vəziyyətdən ən optimal çıxış yolu qarşıduran tərəflərdən hansınınsa, son anda durumun ciddiliyini nəzərə alaraq, geri addım atması ola bilər. Ancaq müşahidələrə əsasən, geriyə addım atılmasına həvəs göstərildiyini iddia etmək çox çətindir.

5f3241d45542810e2c68cbb9.jpg (59 KB)

Əksinə, qarşıduran tərəflərin öz hədəflərinə doğru irəliləməkdə israrlı olduqları müşahidə edilir. Bu isə Şərqi Ağdəniz bölgəsində savaş ehtimalını artıraraq, ən yüksək həddə çatdırmış olur. Və bu bölgədə hər hansı savaşın çıxması isə sonrakı mərhələdə qlobal müharibəyə yol aça biləcək qədər təhlükəli hadisə olardı.

Məsələ ondadır ki, Türkiyə Şərqi Ağdənizdə öz hüquqlarını müdafiə edir. Və rəsmi Ankara bu bölgədəki iddiaları baxımından, tamamilə haqlı görünür. Bunun belə olduğu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasından da aydın olur: “Bu bölgədəki fəaliyyətlərimizdə bizim öz haqqımızın axtarışı var. Türkiyənin 780 min kvadrat kilometrlik nəhəng ərazisinə əhəmiyyət vermədən, 10 kvadrat kilometrlik balaca bir ada üzərindən ölkəmizi öz sahillərinə həbs etmək cəhdi, haqsızlığın və ədalətsizliyin ən bariz ifadəsidir. Ətrafındakı hər bir ölkənin haqqı olan Ağdənizin sərvətlərinin üzərinə çökmək cəhdləri tam bir müasir müstəmləkəçilik nümunəsidir”.

Maraqlıdır ki, Şərqi Ağdənizi “nifaq alması”na çevirən əsas səbəb bu bölgədə aşkarlanan nəhəng karbohidrogen ehtiyatlarıdır. ABŞ-ın Geoloji Araşdırma Mərkəzinin hələ 2010-cu ildə tədqiqatlar nəticəsində gəldiyi qənaətə görə, Şərqi Ağdənizin Levant hövzəsi hissəsində 1,7 milyard barrel neft və 122 trilyon kubmetr təbii qaz var.

Ancaq bəzi iddialara görə, bu qənaət artıq köhnəlib və reallığı tam əks etdirmir. Belə ki, yeni iddialarda Şərqi Ağdənizdə on trilyonlarla dollar dəyərində karbohidrogen ehtiyatları cəmləşib. Və bu təbii sərvətə sahiblənəcək dövlətin dünya üzərində təsir gücünün digər supergüclərin belə, həsəd apara biləcəyi səviyyədə olacağı proqnozlaşdırılır.

son-dakika-ab-den-dogu-akdeniz-aciklamasi-rum-13497520_587_o.jpg (33 KB)

Böyük ehtimalla Şərqi Ağdənizdə son nəticədə savaşla nəticələnə biləcəyi qətiyyən istisna olunmayan indiki qarşıdurma da məhz bu sərvəti yalnız bir dövlətə buraxmamaq, ondan pay qopartmaq iştahından qaynaqlanır.

Məsələnin maraqlı tərəflərindən biri odur ki, məhz yalnız Türkiyə Şərqi Ağdənizdə öz maraqlarından çıxış edən yeganə dövlətdir. Digər iddiaçı tərəflərin Şərqi Ağdənizə və xüsusilə də karbohidrogen ehtiyatlarının cəmləşdiyi bölgəyə hər hansı aidiyyatları yoxdur.

Ancaq buna baxmayaraq, iddiaları haqsız olması bir yana, üstəlik, bölgədə hərbi ittifaq qurub, Türkiyəni təkləməyə cəhd edirlər. Belə ki, ABŞ, Fransa, İtaliya, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Cənubi Kipr bu hərbi ittifaqda Türkiyəyə qarşı ortaq hərəkət edir.

Hətta ABŞ və Yunanıstanın hərbi gəmilərinin bölgədə artıq ortaq hərbi fəaliyyətə başlaması haqda məlumatlar da mövcuddur. Fransa, İtaliya və Misirin hərbi gəmilərinin də bölgəyə yeridilərək, həmin ortaq fəaliyyətə dəstək verdiyi bildirilir. Son məlumata görə isə İspaniya da bu hərbi ittifaqa qoşulmaq qərarı verib.

turkkkkk.jpeg (86 KB)

Əgər, Türkiyəyə qarşı hərbi ittifaqdakı ərəb dövlətləri nəzərə alınmazsa, bu situasiya müəyyən mənada, Orta Əsrlərdə baş verənləri xatırladır. Yəni, Türkiyə sanki yeni “səlib yürüşü”nə məruz qalmaqdadır. Sadəcə, yeganə fərq bu dəfə cilovlarını əlidə saxladıqları Birləşmiş Ərəb Əmirlikləri və Misiri də yanlarına alıblar.

Onu da qeyd edək ki, Türkiyəyə qarşı hərbi ittifaqın əsas avanqard dövləti statusunda məhz Türkiyənin əsas beynəlxalq düşməni olan Fransanın çıxış etməsi də qətiyyən təsadüfi deyil. Hazırda rəsmi Paris Türkiyənin milli maraqları olan hər yerdə fəallaşmağa və əlindən gəldiyi qədər zərər vurmağa çalışır.

Bəzi məlumatlara görə, Yunanıstanı Türkiyəyə qarşı çıxmağa cəsarətləndirən də məhz Fransanın həm açıq və həm də səhnəarxası dəstəyidir. Hətta rəsmi Parisin Şərqi Ağdənizədə Türkiyə hərbi donanmasının mənzilləndiyi bölgəyə ən güclü hərbi gəmisini göndərdiyi də kimsəyə sirr deyil. Və üstəlik, qısa müddətdən sonra Fransa hərbi gəmisinin bölgədən çəkilməyə, daha dəqiq desək, qaçmağa məcbur olduğu da məlumdur.

Rəsmi Ankara bu olayla bağlı hər hansı məlumat verməyi lazım bilməsə də, Fransa mətbuatı təəssüfünü gizlətmədən də olsa, bunun səbəbinə aydınlıq gətirməyə çalışıb. Belə ki, Türkiyə hərbi donanmasının olduğu əraziyə soxulmağa çalışan Fransanın hərbi gəmisi qısa müddətdən sonra Yunanıstana müraciət edərək, bölgədən çıxmaq üçün yardım istəyib.

5f4f57045542810ed4af50a5.jpg (51 KB)

Fransa mətbuatında hərbi gəminin kapitanının ratsiya ilə dedikləri yer alıb: “Gəmidəki dijital sistem bloklandı. Naviqasiya işlək deyil. Silah sistemlərimizə nəzarəti itirmişik. Gəminin üzərində bələd olmadığımız çoxlu sayda cisim fırlanır. Nə baş verdiyi bizə məlum deyil. Yardım edin...”

Göründüyü kimi, Fransanın Türkiyə ilə hərbi qarşıdurması hələlik uğurlu mənzərə yaratmır. Bəzi hərbi ekspertlər Türkiyənin yeni silah sistemləri istənilən rəqiblə qarşıdurmaya yetərli imkanlardadır.

Eyni zamanda, prezident R.T.Ərdoğan da Şərqi Ağdənizdə baş verənlərlə bağlı olduqca sərt xəbərdarlıq edib: "Tarix boyu həmişə başqalarının arxasında gizlənərək, mövcudluğunu davam etdirmiş, ancaq artıq heç özünə belə, xeyri olmayan Yunanıstanı Türkiyə kimi qlobal gücün qarşısına atıb, yem etmək istəyənlərin, öz gizli əməllərini həyata keçirməyə çalışanların da sonu mütləq gələcək".

755802983525285.jpeg (615 KB)

Təbii ki, prezident R.T.Ərdoğanın bu xəbərdarlığı Türkiyənin öz hərbi və hüquqi üstünlüyünə əminliyini göstərir. Belə anlaşılır ki, savaş ehtimalının artıran bu gərgin situasiyada Türkiyə geri çəkilən tərəf olmağa qətiyyən hazırlaşmır.

Deməli, sona qədər öz haqqını qorumaq niyyətində olan Türkiyənin hərbi rəqibləri bu qarşıdurmadan çıxmaq üçün seçim etmək məcburiyyətində qalacaqlar. İndi onlar ya geri çəkilməli, ya da Türkiyə hərbi donanması ilə toqquşmaq təhlükəsini gözə almalıdırlar. Fransanın bölgəyə hərbi gəmi göndərərək, Türkiyəyə güc nümayiş etdirmək cəhdinin uğursuz olduğunu nəzərə aldıqda, Yunanıstanı dəstəkləyən hərbi ittifaqın hansı seçimi edəcəyi maraq doğurur.

Məsələ ondadır ki, əgər, hərbi ittifaq savaş seçimi edərsə, bu müharibənin əhatə dairəsi Şərqi Ağdəniz bölgəsi ilə məhdud qalmayaraq, çox-çox kənara çıxa bilər. Bu halda, hərbi ittifaq da daxil olmaqla, dünyanın bir çox ölkələrinin bu savaşa bulaşmaq ehtimalı tamamilə real görünür. Hətta bu savaşın baş verəcəyi təqdirdə, hərbi əməliyyatların öz əhatə dairəsinə görə III Dünya Müharibəsi effektini yarada biləcəyi də qətiyyən istisna deyil.

Ona görə də, Fransa və onun səhnəarxası oyunlarıyla formalaşan hərbi ittifaq III Dünya Müharibəsi təhlükəsini də mütləq nəzərə almalıdır. Türkiyə artıq ötən əsrin sonlarındakı öz taleyi ilə barışan dövlət deyil. Artıq Türkiyənin öz beynəlxalq hədəfləri var və milli maraqlarını başqalarına güzəştə getmək ənənəsini arxada buraxıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam