Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Tikinti materialları” nağılı yalnız bizim üçün deyil, dünya üçün təhlükəli oyundur” -Politoloq

 

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatından, məlum Tovuz olaylarından dərhal sonra Rusiyadan silah yardımı alması Azərbaycan cəmiyyətini narahat edən aktual məsələlərdən birinə çevrilib. Bu narahatlıqla bağlı ölkə başçısı da zamanında Rusiya rəhbərliyinə öz narazılığını çatdırıb. Amma qarşı tərəfin hava yolu ilə Ermənistanı intensiv silahlandırılmasına olan izahatı heç də ürəkaçan olmadı. Rusiya Müdafiə naziri Sergey Şoyqu son bir ay ərzində Ermənistana daşınan hərbi təyinatlı yüklərə “tikinti materialları” adı verməsi silahlanmanı pərdələməkdən başqa bir şey deyildi. Bu izahatla bağlı Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də fikir bildirib- “Rusiya tərəfinin izahı bizi tam qane etmir”. Siyasi analitiklər Tovuz döyüşlərindən sonra Rusiyanın Ermənistana hərbi təyinatlı yüklərin daşınmasında aktivlik göstərməsinin Azərbaycan üçün ciddi narahatlıq yaratmasını və buna israrla izahat tələb etməsini təbii hal sayırlar.

Yenixeber.org: Məsələni şərh edən politoloq Qabil Hüseynli Prezidentin köməkçisinin “Yük materialları başqa yollarla da daşına bilər” fikrinin də təsadüfdən səslənmədiyini deyib:

“Əlbəttə Hikmət Hacıyevin fikirləri sadə olduğu kimi kifayət qədər də tutarlı cavab idi. Yəni, biz normal izahat gözlədiyimiz halda Rusiya tərəfi qalmaqala, hərbi təyinatlı yüklərə adi “tikinti materialları” adı verib üstündən keçiləcəyini gözləyirdi. Ümumiyyətlə hiss olunur ki, Rusiya son zamanlar mürəkkəb oyunlara başlayıb. Artıq rəsmi Moskva açıq kartla çıxış edir. Şimal qonşumuzun Müdafiə nazirinin dili ilə gətirdikləri arqumentlər isə, el dili ilə desək “uşaq başı aldatmaq” kimi bir gediş idi. Əlbəttə bizim üçün bu qədər milli təhlükəsizlik baxımından vacib olan aşkarlanmış bu böyük fakta qeyri-ciddi yanaşma da cəmiyyətimiz tərəfindən narahatlıq doğurmalı idi”.

Politoloqun sözlərinə görə, Azərbaycanın alışdığı hərbi yardım hadisələrində təəssüf doğuran hal odur ki, hər dəfə bu cür faktlar aşkarlananda özünü təmizə çıxarmağa çalışan Rusiya növbəti dəfə Ermənistana silah-sursat göndərilməsi prosesini daha aktiv davam etdirir. Son proseslər isə sıradan bir yardımlar sayılmamalıdır:

“Çünki göndərilən hərbi təyinatlı yüklər hansısa sovetdən qalma maşınlar və s. deyil, mürəkkəb, son texnologiyaya əsaslanan silahlardır. Təbii ki, Azərbaycan tərəfi də bu ciddi siyasi səhvi, təxribatçıya belə bir həssas dönəmdə edilən hərbi yardımı aşkarlayanda Rusiya rəhbərliyi bu yükləri “kərpic” kimi qələmə verməli idi. Həqiqətən də hazırda çox çətin və mürəkkəb durumdayıq. Bizim işğaldan dolayı başımıza gəlməyən iş, hadisə, təxribat qalmamışdı... İndi isə saymazyana şəkildə bu metoddan istifadə etməyə başlayıblar. Mozdok-Aktau-Türkmənbaşı-Rəşt-Meğri-İrəvan marşurutu və “tikinti materialları”? Zənnimcə bundan sonrakı proseslərdə biz bu hələ də normal izahatı olmayan məsələni beynəlxalq səviyyədə müzakirəyə daşımalıyıq. Təxribatçıya olan hərbi yardımlarla bağlı ciddi beynəlxalq qınaq və çağırışlar olmalıdır. Çünki ortada Tovuz döyüşləri kimi region üçün yeni müharibə təhlükəsi yaratmış ciddi bir olay var və Rusiya da buna rəğmən işğalçı ölkəni silahlandıraraq yeni provakativ addımlar atır. Təbii ki, geniş mənada yanaşsaq bütövlükdə bunlar, “tikinti materialları” nağılı yalnız bizim üçün deyil, dünya üçün təhlükəli oyun sayılır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam