Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Lerikdə -15 yaşlı qızla əlaqəyə görə daha bir şəxs həbs edildi

Lerikdə 15 yaşlı qızla əlaqəyə görə daha bir şəxs həbs edildi

Lerik rayonunda 15 yaşlı qızla cinsi əlaqədə olmaqda təqsirləndirilən daha bir şəxs həbs edilib. 

Yenixeber.org: Bu barədə vəkil Tükəzban Aşurova məlumat verib. 

Onun sözlərinə görə, Lerik rayonu Kirəvud kənd sakini, 1999-cu il təvəllüdlü Ə.S. barəsində həbs qətimkan tədbiri seçilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham verilib. 

Vəkil bildirib ki, ittihamı əsassız hesab edir və müdafiə etdiyi şəxs barəsində həbs qərarından apelyasiya şikayəti verib. 

T.Aşurova deyib ki, Ə.S. bir müddət əvvəl Lerikdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilinən Şəfahət Məmmədov adlı şəxsin işində zərərçəkmiş şəxs olan eyni qızla cinsi əlaqədə olmaqda təqsirləndirilir. 
Həmçinin cinayət işində başqa zərərçəkmişlər də var.

Qeyd edək ki, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsiri bilinən Şəfahət Məmmədov Lerik Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham edilib. 

Hökmdən dövlət ittihamçısı tərəfindən Şəfahət Məmmədova təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya protesti verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam